Ukrayna Avropa partiyasının sədri: “Mina xəritələri təcili təhvil verilməlidir, əks halda...” – MÜSAHİBƏ 

İyun 4-də Kəlbəcər rayonun Suzuzluq kəndi ərazisində ermənilərin basdırdığı minalardan həlak olan Azərbaycanlı jurnalistlər haqda dünya mediası və ictimaiyyəti kədər dolu fikirlərini paylaşmaqda davam edir. Bir çox beynəlxalq təşkilatlar məsələyə qətiyyətli münasibət bildirməsə də, hadisə ətrafında kəskin bəyanatlarla çıxış edən siyasi qüvvələr də yox deyil. Onların sırasında Ukraynanın Avropa Partiyasının sədri Nikolay Katerinçuq da var.

Partiya sədri Bizim.Media-ya müsahibəsində bildirib ki, Azərbaycanlı jurnalistlərin minaya düşməsi nəticəsində həlak olması Ukrayna ictimaiyyətini də sarsıdıb və ermənilərin bu hərəkəti heç bir hüquq və qaydalara sığmır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Avropa Partiyasının sədri: "Azərbaycan öz məqsədinə çatdı"


Ukrayna Avropa Partiyasının sədri, politoloq Nikaolay Katerinçukla müsahibəni təqdim edirik: 

- Nikolay Dmitreviç, iyunun 4-də Azərbaycanın erməni işğalından azad olunmuş Kəlbəcər rayonunda iki jurnalist erməni ordusu tərəfindən basdırılmış minaların partlaması nəticəsində həyatlarını itirdilər. Bu hadisəyə bir siyasi partiya rəhbəri kimi necə qiymət verirsiniz?

- İlk olaraq mən həlak olan jurnalistlərin ailəsi və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Günahsız insanların ölümü hər zaman çox ağır qarşılanır. Jurnalistlərin öz vəzifə borclarını yerinə yetirərkən minaya düşüb həlak olmaları yolverilməzdir. Dünya ictimaiyyəti Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməli, etiraz səslərini ucaltmalıdır. Bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, azad sözə, jurnalistlərin fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır. Ümid edirəm ki, beynəlxalq təşkilatlar da buna biganə qalmayacaqlar.

- Beynəlxalq təşkilatlar demişkən, jurnalistlərin fəaliyyət hüququ beynəlxalq səviyyədə tanınmış və qorunan bir məsələdir. Azərbaycanlı jurnalistlərin minadan həlak olduğu bir vaxtda yenə ikili standartlarla üzləşdik. Ermənistan tərəfinin ən kiçik iddialarına belə susmayan beynəlxalq təşkilatlar jurnalistlərimizin həlak olmasına münasibət bildirmədilər, susmağa üstünlük verdilər. Sizcə hadisələrin bu cür cərəyan etməsi nəylə bağlıdır?

- Hadisələrin bu forma almasında düşünürəm ki, erməni təbliğatı böyük rol oynayır. Onlar dünyaya özlərini hər zaman haqlı, münaqişlərdən əziyyət çəkən xalq kimi göstərərək, fərqli imic formalaşdıra biliblər. Onlar məsələləri olduğu kimi deyil istədikləri kimi şərh ediblər. Düzdür, onlar keçmiş dövr üçün öz yalanları ilə bəzi üstünlüklərə nail olsalar da, hazırda gerçəklik başqadır. Ermənilərin bir çox məslələrdə saxtakarlığı üzə çıxıb. Məncə dünya həqiqəti artıq yaxşı bilir, həllini tapmış Qarabağ münaqişəsində yalnız erməni lobbiçiliyinin təsiri altında olan qurumlar susa bilər. Onlar bitərəf mövqe nümayiş etdirməklə, haqlı olan tərəfi dəstəkləmirlər. İstənilən beynəlxaql təşkilat gec-tez faktın qarşısında aciz qalacaq və öz münasibıtini ortaya qoyacaq. Əks-tqədirdə dünyada inanmağa bir şey qalmaz ki. Azərbaycan da öz haqq-hüquq davasında israrlı olmalıdır.

- Erməni səhra komandirlərinin birinin etirafında qeyd olunur ki, onlar təkcə iki rayonda 17 yük maşını mina basdırıblar. Bilirsiniz ki, müharibənin bitməsindən 7 ay keçməsinə baxmayaraq Ermənistan tərəfi hələ də mina xəritələrini verməkdən imtina edir. Bu da xeyli sayda insan həyatının təhlükə altında qalması deməkdir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Ermənistan mina xəritələrini Azərbaycana təcili təhvil verməlidir. Əks halda bu cür hallar tez tez təkrarlanacaq və günahsız insanlar həlak olacaq. Bəzi səlahiyyətli beynəlxalq təşkilatlar buna qarşı ciddi tədbirlər görüb, ermənilərdən mina xəritələri gecikmədən Azərbaycana təhvil verilməsini tələb etməlidirlər. Ermənilərin bu hərəkəti isə bütün dünya ictimaiyyəti tərəfindən qınanmalıdır. Mən bütün dünyanı, beynəlxalq təşkilatları ermənilərdən bu xəritələrin Azərbaycana təhvil verilməsini tələb etməyə çağırıram. 

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

End of content

No more pages to load

RADİO