Türkiyəli general-polkovnik “ASAN xidmət”də - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general-polkovnik, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” mərkəzinin, eləcə də "YAŞAT" Fondunun fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, qonağı salamlayan dövlət agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondunun yaradılması, məqsədi və görülən işlər barədə qonağı məlumatlandırıb. Vurğulanıb ki, Fondun fəaliyyətində şəhid ailələrinə və qazilərimizə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu ən yuxarı təbəqədə qorumaq əsas hədəflərdir.

Bundan əlavə, “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlar arasında davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub.

Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” və “YAŞAT” Fondunun fəaliyyətini yüksək qiymətləndirib və müvafiq istiqamətlər üzrə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Sonda xatirə hədiyyələri təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

End of content

No more pages to load

RADİO