XİN-dən Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BƏYANAT

“33 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımı törədilib. 1 gecədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının 33-cü ildönümündə bu dəhşətli cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı xüsusilə azərbaycanlıların çoxluq təşkil etdiyi Bağanis Ayrım, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində törədilən kütləvi qətliamların xronologiyasına baxmaq Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu anlamaq üçün kifayətdir.

Xocalı şəhərinin hələ 1991-ci ildən mühasirəyə alınması, avtomobil əlaqəsi və elektrikin kəsilməsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə kütləvi şəkildə atəşə tutularaq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliyin törədilməsi bu qətliamın məqsədyönlü və planlı şəkildə icra edilməklə, mahiyyəti etibarilə soyqırımı olduğunu təsdiqləyir. Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 68 qadın və 26 uşaq daxil olmaqla, 1275 nəfər əsir götürülüb”, - vurğulanıb.

Bildirilib ki, Xocalı soyqırımı zamanı mülki insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, onlara qarşı nümayiş olunan qeyri-insani rəftar, verilmiş işgəncələr, öldürülən insanların nəşinin alçaldılması kimi elementlər özlüyündə beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, bu istiqamətdə mövcud beynəlxalq konvensiyalar, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyalara zidd olmaqla, beynəlxalq hüquqi məsuliyyət doğurur:

“Xocalı cinayətkarlarının etirafları, xüsusilə soyqırımı şahidləri tərəfindən də kimliyi təsbit edilmiş Monte Melkonyanın Xocalının “strateji məqsəd olmaqla yanaşı, revanş aktı” olduğunu bildirməsi, soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıda ermənilərin dinc azərbaycanlılara əl qaldırmayacağı streotipini qırması” və bununla bağlı “heç bir peşmanlığın duyulmaması” bəyanatları Xocalı soyqırımının məqsədyönlü şəkildə törədildiyini və soyqırımı ilə bağlı beynəlxalq hüquqi məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü sübuta yetirir.
 

Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı mövcud fakt və dəlillərə etinasızlığı Ermənistanın azərbaycanlılara qarşı müharibə cinayətlərinin həm keçmiş işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı xüsusilə mülki obyektlərə hücumlarla davam etməsinə səbəb oldu”.


“Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində isə suverenliyimizin bərpa olunması, Xocalının azad olunması, müharibə cinayətkarlarının hüquqi məsuliyyətə cəlb olunması tarixi ədalətin təcəssümüdür.

Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 33-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini bir daha dərin ehtiramla yad edirik”, - bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

End of content

No more pages to load

RADİO