Veteranlar öldürülən azərbaycanlı gəncə görə Putinə məktub yazdılar

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.

Bizim.Media müraciəti təqdim edir:

Möhtərəm Vladimir Vladimiroviç!

Biz Böyük Vətən müharibəsi veteranları sovet ölkəsinin müstəqilliyi uğrunda çiyin-çiyinə vuruşmuşuq. Bu gün biz bütün çoxmillətli Rusiyanın veteranları ilə parçalanmağa deyil, birləşməyə yönəlmiş beynəlmiləl dəyərləri çiyin-çiyinə qorumağa hazırıq.

Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan Prezidenti İlham Əliyev və Siz öz xalqlarınıza müraciət edərkən tez-tez deyirsiniz ki, biz birlikdə güclüyük. İndi biz “ayrı-ayrı mənzillərdə” yaşasaq da, qardaşlaşdığımız təkcə cəbhə yoldaşlarına münasibətdə deyil, bütün xoşməramlı insanlara - xeyirxahlıq və sülh, multikulturalizm, tolerantlıq, mənəvi və millətlərarası birlik ideallarını qorumağa həmişə hazır olanlara qardaşcasına münasibətimizi hələ də qoruyub saxlayırıq. Biz yalnız bu halda qüvvə ola və hazırda ən müxtəlif çalarlı liberallar tərəfindən “yenidən baxılmağa” məruz qalan ümumi dəyərlərimizin dağıdılmasına müqavimət göstərə bilərik.

Biz Sizə ümumi və etibarlı gələcək naminə, birlikdə qazandığımız və öz nəvə-nəticələrimiz üçün qoruyub saxlamağa borclu olduğumuz sülh üçün əldə etdiklərimizin itirilməsinə yol verə bilməyəcək müdrik siyasi xadim kimi müraciət edirik. İnanırıq ki, Rusiyada doğulmuş etnik azərbaycanlının – 19 yaşlı Vəkil Abdulayevin qətli hadisəsinin bütün iştirakçıları ali ədalət naminə qanunun tam ciddiliyi üzrə cəzalandırılacaqlar. Eynilə qanunlara, ədalət anlayışına etinasızlıq göstərən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin etdiyi kimi cəzasızlığa şərait yaradanlar da. Yol Hərəkətinin Təhlükəsizliyi Baş Müfəttişliyinin əməkdaşı, həmin gəncin gicgahına atəş açmış Aleksandr Qusev Bastrıkinin göstərişi ilə azadlığa buraxılıb.

Biz müharibədə olmuşuq və döyüşdə dostlarımızı itirmişik. Lakin biz orada, müharibədə kimin özümüzünkü, kimin yad olduğunu bilirdik. Biz öz cəbhə dostlarımızı heç vaxt milli mənsubiyyətə görə özümüzünkülərə və yadlara bölməmişik.

Ona görə ki, biz hamımız birlikdə güc idik.

Bu gün “Yedinaya Rossiya” partiyasının nümayəndəsi, üstəlik, RF İctimai Palatasının üzvü və yuxarıda adı çəkilən partiyadan Dövlət Dumasına deputatlığa namizəd olan Mariya Butina kimilər, görünür, yalnız milli mənsubiyyətə görə “özününküləri” dəqiq müəyyən edirlər. Bizim belə düşünməyimizə əsas verən onun bu sözləridir ki, A.Qusevi belə hərəkətlərinə görə nəinki həbs etmək olmaz, hətta onu təltif etmək lazımdır. Belə çıxır ki, 19 yaşlı gəncin qətlə yetirilməsinə görə kimisə təltif etmək lazımdır? Məgər o, tanka minib şəhərə daxil olub və ağına-bozuna baxmadan hamıya atəş açıb? Yox. Onu, silahsız gənci avtomobilin üstünə sıxıb və guya təsadüfən tabel silahının tətiyini basıblar! Bu, nə deməkdir? Butina insanlar arasında ayrı-seçkiliyə, onları milli mənsubiyyətinə görə cəzalandırmağa çağırır? Rusiyada gəlmələrə divan tutmağa çağırır? Məgər onun belə bəyanatlar etməyə haqqı var? Biz belə fərz edə bilərik ki, Butina gəncdir, nəticə çıxarmağa tələsib. Amma hər halda, bu sözlər deyilib! Özü də necə deyilib?!! Arxasında qüvvə dayanan insana xas olan sərt əminliklə. Bu, hansı qüvvədir?

Hörmətli Vladimir Vladimiroviç!

Biz müharibədə olmuşuq, hər gün ölümün gözünün içinə baxmışıq. Biz mürəkkəb həyat sürmüşük və bu həyat belə deməyə haqq verir ki, həmin insidentə görə narahat olaq... Biz bu həyatda çox şeylər görmüş ahıl insanlarıq. Biz bu dünyadan belə bir fikirlə getmək istəmirik ki, qazandıqlarımız heç olub. Lakin nə qədər ki, biz sağıq, dünyamızı qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu isə bizim hər birimizdən asılıdır.

Biz Sizin ədalətliliyinizə, vaxtilə ortaq ölkənin və ortaq idealların bizə bəxş etdiyi bütün dəyərləri qiymətləndirməyi və yadda saxlamağı bacaran Azərbaycan xalqına xeyirxah münasibətinizə inanırıq.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri:

1.Səttarova Fatma Hüseyn qızı

2.Quliyev Məmməd Salman oğlu

3.Abdullayeva Natalya Borisovna

4.Yermakov Yurik Vladimiroviç

5.Ramazanov Nazim Tağı oğlu

6.Xarkovskaya Anna Qordeyevna

7.Belikov Aleksandr Vasilyeviç

8.Abdullayev Səfər İbad olğu

9.Sarıyev Qara Alı oğlu

10.Timçenko İvan İvanoviç

11.Ömərov Qaflan İslam oğlu

12.İsgəndərov Ağababa Qənbərli oğlu

13.Vyuqin Mixail Daniloviç

14.Kravtsova Anna Petrovna

15.Mürsəlov Xasay Bayram oğlu

16.Həsənov Tamleyxa Abbas oğlu

17.Əliyev Əli Hüseyn oğlu

18.Baxışov Seyfulla Abdulla oğlu

19.Nəbiyev Daməd Məcid oğlu

20.Dadaşov Azər Tağı oğlu

21.Qasımova Valentina Mixaylovna

22.Qaziyeva Tacirə Həmid qızı

23.İsababayeva Həcər Müştaq qızı

24.Rəsulova Zinaida İliniçna

25.Frunze Natalya Artyomovna.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Burnu ilə müzakirə mövzusuna çevrilən qız görün kim imiş - VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra yenidən etdi – FOTO/VİDEO

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Azərbaycanda bu gəmi satışa çıxarıldı - QİYMƏTİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs olundu

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Esmira Cəfərova ilə bağlı SƏRƏNCAM

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

End of content

No more pages to load

RADİO