AZAL təyyarəsinin qəzası: Bakı kompensasiya tələbini beynəlxalq gündəmə gətirə bilər - FOTO

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı diqqət çəkir. Hesabat 53 səhifədən ibarətdir. Sənəddə təyyarənin hidravlik sistem bölməsindən, stabilizator idarəetmə mexanizmindən və digər hissələrindən çıxarılan kənar metal obyektlərin, habelə təyyarənin zədələnmiş hissələrinin fotoları və bort qeydedicisinin yazıları da yer alıb.

Hesabata əsasən, hava gəmisinin füzelyajında çoxsaylı kor zədələrin olması faktı aşkar olunub, foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat da qeyd olunmayıb. İlkin hesabatdan aydın görünür ki, Rusiya tərəfinin ortaya atdığı "quş dəstəsi ilə toqquşma", "oksigen balonunun partlaması", "Kovyor" əməliyyatı ilə bağlı fikirlər, Kremlin təlimatı ilə aparılan kampaniya ifşa olunur.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Rəsmi Bakının qətiyyəti

Hadisənin baş verdiyi ilk anlardan etibarən rəsmi Bakının mövqeyi birmənalıdır. Qarşı tərəf, yəni hadisənin baş verməsinə birbaşa məsuliyyət daşıyan Rusiya beynəlxalq hüquqa əsasən, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəlikləri isə Azərbaycan ali rəhbərlik səviyyəsində bir neçə dəfə açıq şəkildə açıqlayıb. Bunlar hadisəyə görə üzr istənilməsi, qəzaya görə məsuliyyətin etiraf olunması, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsidir.

Prezident İlham Əliyev AZAL-ın təyyarəsi qəzaya uğrayandan dərhal sonra Bakıya geri qayıdaraq keçirdiyi müşavirədə qəzanın səbəblərindən danışarkən "müxtəlif versiyalar var" deməklə əslində Kremlin hadisəyə düzgün qiymət verməsi üçün zəmin yaratmışdı. Ancaq Rusiya mediası, rəsmi şəxsləri Azərbaycana qarşı təbliğat aparatını işə saldılar.

Rusiya fakt qarşısında qalanda isə Çeçenistan Respublikasını Azərbaycanın hadisəyə görə tərəf müqabili kimi ortaya atdı, amma bu da nəticə vermədi. Çünki hadisəyə görə Azərbaycanın danışacağı tərəf Rusiyanın ərazi subyekti deyil, birbaşa Kremlin özü olmalı idi. Prezident İlham Əliyev dekabrın 29-da verdiyi müsahibədə Rusiyanın məsuliyyətini vurğuladı. Bu müsahibə Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevdən hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəməsi, lakin məsuliyyəti etiraf etməməsindən sonra baş tutdu.

2025-ci ilin yanvarın 6-da isə Prezident İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşdə bildirmişdi ki, Rusiyanın dövlət qurumları tərəfindən hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq Azərbaycanda həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Rəsmi Bakı Rusiyanın qəza ilə bağlı məsuliyyətini xatırladaraq, Kremlin bu məsələdə obyektiv şəkildə daha ciddi yanaşmalarını görmək istədiyini vurğulayır.

Rusiya beynəlxalq hüququ kobud şəkildə pozur

Açıqlanan ilkin hesabat bir daha Bakının arqumentlərini və mülahizələrini tam şəkildə dəstəkləyir. Azərbaycan tərəfinə atəşin hava hücumundan müdafiə sistemindən açıldığı məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Reuters" agentliyinə bildirib ki, təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.

Hesabatı açıqlayan ekspertlər də qeyd ediblər ki, təyyarədəki dəlik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olmasını göstərir. Bu, Azərbaycanın mövqeyinin dolayı yolla da olsa təsdiqidir.

Bununla belə, Rusiya tərəfinin israrla ilkin hesabatda qeyd olunan faktları nəzərə almaması, yaxud almaq istəməməsi beynəlxalq hüququn açıq şəkildə pozulması anlamına gəlir.

Xatırladaq ki, həm yerli, həm də beynəlxalq aviasiya, eləcə də onların təhlükəsizliyi aviasiya sahəsindəki beynəlxalq qanunvericiliklərlə tənzimlənir. Qaydalar dövlətlər, hava yolları şirkətləri və sərnişinlər arasındakı münasibətləri tənzimləyir və məcburidir. Öhdəliklər "Mülki Aviasiya haqqında" 1944-cü il Çikaqo Konvensiyası və "Beynəlxalq Hava daşımaları üçün müəyyən qaydaların unifikasiyası haqqında" 1999-cu il Monreal Konvensiyasının tələbləri ilə yaranır.

Çikaqo Konvensiyasına əsasən, razılığa gələn hər bir dövlət uçuş zamanı mülki hava gəmilərinə qarşı silahdan istifadə etməkdən çəkinməlidir. Bu müddəa BMT-nin Nizamnaməsində təsbit olunmuş dövlətlərin hüquq və öhdəliklərini dəyişdirməklə şərh oluna bilməz.

Kreml hadisənin unudulmasına çalışır

İlkin hesabat Rusiyanın bu öhdəlikləri açıq şəkildə pozduğunu göstərir. Lakin Moskva ilkin yox, yekun hesabatın "əsas olduğunu" vurğulayaraq, sanki vaxt qazanmağa, məsələnin tədricən unudulmasına nail olmağa səy göstərir.

Lakin Bakı mövqeyində qətidir. Tələbləri yerinə yetirilməsə digər vasitələrə əl atılacaq. Məqsəd Rusiyanın hadisəyə görə kompensasiya ödəməsi və üzr istəməsinə nail olmaqdır. Rusiya bu sübutlar toplusundan yayınıb Azərbaycana qarşı təbliğatını davam etdirdiyi təqdirdə isə Bakı kompensasiya tələbini beynəlxalq müstəvidə gündəmə gətirəcək. Bununla da, Azərbaycan öz haqlı tələblərinə uyğun olaraq, Rusiyaya qarşı zəruri beynəlxalq hüquqi müddəaların işlək olmasına çalışacaq.

Əslində məsələnin hüquqi və ədalətli müstəvi çərçivəsində həllinin yubadılması mövcud beynəlxalq konyunkturda elə Rusiyanın özünə ciddi şəkildə zərər verir. Çünki getdikcə dostlarını və müttəfiqlərini itirən Bakı yox, Moskvadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə hakimləri ALDATMAQ CƏHDİ – Hansı cəzası VAR?

Süni intellektlə hakimləri ALDATMAQ CƏHDİ – Hansı cəzası VAR?

Mahmudovun sərvəti 8,6 milyard dollara çatdı

Mahmudovun sərvəti 8,6 milyard dollara çatdı

Quş qripi sürətlə YAYILIR – Yüzminlərlə toyuq tələf oldu

Quş qripi sürətlə YAYILIR – Yüzminlərlə toyuq tələf oldu

Yataq mebeli Kontakt.az-da — otağın ölçüsünə və üslubuna uyğun seçim

Yataq mebeli Kontakt.az-da — otağın ölçüsünə və üslubuna uyğun seçim

Ukrayna dronları Penzadakı "Mayak" hərbi zavoduna ZƏRBƏ ENDİRDİ – FOTO-VİDEO

Ukrayna dronları Penzadakı "Mayak" hərbi zavoduna ZƏRBƏ ENDİRDİ – FOTO-VİDEO

Vens: "Trampın İranı bombalamaq niyyəti yoxdur” – VİDEO

Vens: "Trampın İranı bombalamaq niyyəti yoxdur” – VİDEO

Gecə ərzində Ukraynanın 179 PUA-sı məhv edilib - Rusiya Müdafiə Nazirliyi

Gecə ərzində Ukraynanın 179 PUA-sı məhv edilib - Rusiya Müdafiə Nazirliyi

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu KEÇİRƏCƏK

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu KEÇİRƏCƏK

Argentina Prezidenti: "Onlar yəhudi xalqının ən böyük düşmənləridir" - VİDEO

Argentina Prezidenti: "Onlar yəhudi xalqının ən böyük düşmənləridir" - VİDEO

Lukaşenko İndoneziyada Sovet İttifaqı dövrünü niyə xatırladı? – FOTO-VİDEO

Lukaşenko İndoneziyada Sovet İttifaqı dövrünü niyə xatırladı? – FOTO-VİDEO

Simonyan: "Dünyanı Çin idarə edəcək" – VİDEO

Simonyan: "Dünyanı Çin idarə edəcək" – VİDEO

"BakıKart"ın satış qiyməti ARTDI

"BakıKart"ın satış qiyməti ARTDI

Hava limanında gözləməkdən yoruldu, 3.3 milyon dollar QAZANDI

Hava limanında gözləməkdən yoruldu, 3.3 milyon dollar QAZANDI

Sahibkarlara ŞAD XƏBƏR – ƏDV-nin depozit hesabından DSMF-yə köçürməyə imkan yaradılır – FOTO

Sahibkarlara ŞAD XƏBƏR – ƏDV-nin depozit hesabından DSMF-yə köçürməyə imkan yaradılır – FOTO

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində - FOTO

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində - FOTO

Gecə saatlarında DƏRMAN ƏLÇATMAZLIĞI - 24 saat işləyən apteklər niyə azdır?

Gecə saatlarında DƏRMAN ƏLÇATMAZLIĞI - 24 saat işləyən apteklər niyə azdır?

Vens ABŞ-ın İrana qarşı GİZLİ TAKTİKASINI açıqladı

Vens ABŞ-ın İrana qarşı GİZLİ TAKTİKASINI açıqladı

Avropadakı anomal istilər Qara dənizə ÇATDI – Azərbaycana doğru gəlir...

Avropadakı anomal istilər Qara dənizə ÇATDI – Azərbaycana doğru gəlir...

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdü – FOTO

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdü – FOTO

Zənginlər vəsaitlərini hansı sahəyə investisiya edirlər? - 2026-cı ilin TRENDİ

Zənginlər vəsaitlərini hansı sahəyə investisiya edirlər? - 2026-cı ilin TRENDİ

Azərbaycan nefti neçəyə satılır?

Azərbaycan nefti neçəyə satılır?

Qətər şeyxi Berluskoninin əfsanəvi villasını 395 milyon dollara aldı – Bunkeri də var

Qətər şeyxi Berluskoninin əfsanəvi villasını 395 milyon dollara aldı – Bunkeri də var

Uşaqların yemək yeməməsinin səbəbi: Alimlər real müalicə üsullarını tapdılar

Uşaqların yemək yeməməsinin səbəbi: Alimlər real müalicə üsullarını tapdılar

Məzun xalatı və papağı hadisə yerində qalıb... – Video

Məzun xalatı və papağı hadisə yerində qalıb... – Video

End of content

No more pages to load

RADİO