AZAL-ın qəzaya uğrayan təyyarəsi Qroznıya qədər uçuşa yararlı vəziyyətdə olub - HESABAT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı ilə bağlı məlumat açıqlayıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan Aktauda AZAL təyyarəsinin qəzası ilə bağlı ilk istintaq hesabatını AÇIQLADI - FOTO


Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir.

Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib.

Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçirmişlər.

Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.

BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb edib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir: 

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat FDR vasitəsilə təsdiq olunub.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.

Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU yaydı

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

"Rufo Gəncinski"yə sui-qəsd oldu – TƏFƏRRÜAT – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu – VİDEO

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

"Neftçi" serbiyalı futbolçunu transfer etdi

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı: Otağından icazəsiz istifadə ediblər

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Bakıda 30 küçədə təmir işləri BİTDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Viktor Yuşşenko İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Röyal Qədirliyə yüksək vəzifə verildi - FOTO

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Azərbaycanda da hamı bundan alır – Amma gərəksiz imiş

Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

End of content

No more pages to load

RADİO