ABŞ Azərbaycanla bağlı YENİ PLAN hazırlayıb

Mayın 29-da ABŞ prezidenti Co Bayden Konqresə nəhəng büdcə tələbi ilə müraciət edib. 2022-ci il üçün nəzərdə tutulan büdcənin ümumi həcmi 6 trilyon dollar dəyərində qiymətləndirilir və əsasən xərclər üçün nəzərdə tutulub. Bayden administrasiyasının bu qədər maddi vəsaiti hansı istiqamətlərdə xərcləyəcəyi ilə bağlı da ilkin məlumatlar mövcuddur.

Büdcə xərcləri içərisində əsas yeri hər zaman olduğu kimi müdafiə xərcləri üçün 715 milyard, Çinə qarşı mübarizə və yenilənən enerji sahəsinə yönəlmiş 800 milyard dollarlıq paketlər yer alır. Diqqət çəkən məqam isə Xarici İşlər Nazirliyinə əvvəlki illərdən 10% daha çox, 58 milyard dollar həcmində maddi vəsaitin ayrılmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Zəngəzur MESAJLARI


Bayden Administrasiyası Xarici İşlər Nazirliyinə ayrılacaq bu vəsait ABŞ-ın diplomatik fəaliyyətlərinə və yardımlarına sərf olunacağını qeyd edir. 

Xarici siyasət və diplomatiya sahəsi üçün ayrılmış xərclər isə qlobal miqyasdan daha çox ABŞ-ın regional fəaliyyətlərini effektiv edəcək həmlələrdir. Çünki  ortada yardım varsa, bu yardımın ediləcəyi qurumlar, təşkilatlar və ya dövlətlər də olmalıdır. Bayden administrasiyasının öz maraqlarını dəstəkləməyən aktorlara yardım edəcəyi isə ağlabatan görünmür.

Cənubi Qafqazın yeni reallıqları

Bayden Administrasiyası üçün Azərbaycanın önəmi əvvəlki ABŞ prezidentlərin siyasi kursunda tutduğu yerdən fərqlidir. Çünki 2020-ci ilə qədər Azərbaycan Qarabağ münaqişəsi ilə başı qarışmış bir ölkə idi və Rusiya ilə yanaşı Qərbin də dəstəyinə ehtiyac duyurdu.

Balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın dünyadakı maraqlarını təmin etdiyi kimi, böyük güclərin də regiondakı maraqlarına cavab verirdi. Lakin artıq Qarabağ münaqişəsi Azərbaycanın üstünlüyü ilə sonlanıb. 

Bu üstünlüyü qorumaq və davamlılığını təmin etmək üçün Azərbaycan müharibədən sonrakı dövrdə öz xarici siyasət kursunda da ciddi dəyişikliklər etməli olub. Çünki həm regionda, həm də qlobal müstəvidə artıq əvvəlki şərtlər mövcud deyil. Rusiya üzərinə daha intensiv hücuma keçən bir ABŞ var. Bölgədəki 3 dövlətdən biri olan Ermənistan birbaşa Qərb meylli siyasi institutların təsir dairəsindədir. 

Dolayısı ilə Azərbaycanın hansı mövqeyi seçməsi və kimin tərəfində olması Cənubi Qafqazdakı qlobal mübarizənin taleyini həll edəcək. Qarşıdakı 5 il ərzində Rusiyaya qarşı mövqe almaq və ABŞ-ı dəstəkləmək effektiv siyasi kurs hesab oluna bilməz. Bu eynilə Rusiyanı dəstəkləmək və ABŞ-ı regiondan kənarlaşdırmaq strategiyasında olduğu kimi uğursuz nəticələr yarada bilər.
Bu səbəblə Azərbaycan konkret tərəf seçməkdən daha çox öz maraqlarının müdafiəsinə çalışır. Həm Rusiya, həm də ABŞ-la münasibətləri müstəqil şəkildə müəyyən etməyə imkan verən bu strateji xətt dövlət maraqlarını önə çəkdiyi kimi, xarici təsirlər üçün də şərait yaradır.

Azərbaycana potensial təsir vasitələri hansılardır?

Bayden administrasiyasının diplomatiya və yardımlar sahəsinə pul ayırması hələ seçki dövründə irəli sürülən “hərbi və diplomatik gücün birgə istifadəsi” prinsipinə əsaslanır. Aydındır ki, ABŞ-ın Cənubi Qafqazda birbaşa təsir imkanına malik hərbi gücü yoxdur. O zaman geriyə sadəcə diplomatik güc amili qalır. ABŞ hazırda bu gücü Ermənistan üzərindən oyuna daxil olmağa çalışmağa sərf edir. Minsk Qrupunu yenidən fəallaşdırmaq və Qarabağın statusu məsələsi əslində ABŞ-ın Rusiyaya və dolayısı ilə də Azərbaycana qarşı istifadə etdiyi təzyiq vasitələrindən biridir.

Lakin Qarabağ mövzusu ABŞ üçün olduqca təhlükəlidir. Çünki bu istiqamətdə ABŞ-ın Ermənistana birbaşa dəstəyi Azərbaycanı itirməsi və Rusiyaya yaxınlaşması ilə nəticələnə bilər.

ABŞ bunun təcrübəsini ən son “Qaragöl” əməliyyatı sırasında çox aydın şəkildə yaşayıb. Bu səbəblə də növbəti illərdə ABŞ Azərbaycanda Qarabağ məsələsindən müstəqil şəkildə regional və lokal məsələlərdə effektiv olacaq yeni təsir vasitələrinə ehtiyac duyacağı aydındır. Bu yeni təsir vasitələrin hansı istiqamətdə və necə yaradılacağı və ya var olan istiqamətlərin necə dəstəklənəcəyi isə hazırda müəmmalıdır. Ancaq Xarici İşlər Nazirliyi üçün ayrılan büdcənin 10% artırılması bu prosesinin ilkin addım səsləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Gürcüstanda yeni dövlət nazirliyi yaradılır

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Magistraturaya qəbulda 442 dövlət sifarişli plan yeri boş qaldı

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

İranın Qərbi Azərbaycan əyaləti raket atəşinə tutuldu

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Misir limanında ABŞ tankerinə qəfil dron HÜCUMU EDİLDİ - VİDEO

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Bizi daha da yoran gizli səbəb üzə çıxdı — Açıqlama

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

Trampın İranı hədələməsindən sonra neft qiymətləri BAHALAŞDI

End of content

No more pages to load

RADİO