Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı

Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib.xa0


Bu barədə məlumatı soydaşımız, diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürklə söhbətində verib.xa0

Yazıda Azərbaycanın Çar Rusiyanın işğalından xilas olmasından və ADR – in qurulmasından, 1918 – ci ildə ermənilərin Azərbaycan ərazilərini işğal etmək istəməsindən, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusunun (Qafqaz İslam Ordusu) Azərbaycana kömək etməsindən və Bakının ermənilərin işğalından azad olunduqdan sonra paytaxt elan olunmasından və.s. söhbət açılıb. Daha sonra yazıda Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarından Fətəli Xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Məmməd Həsən Hajınskidən, Bakı Dövlət universitetinin açılmasından və s. danışılıb. ADR dövründə qadınlara verilən hüquqlardan söhbət açılaraq bildirilib ki, bu, hətta Fransa (1944) ABŞ – dan (1920) öncə olub. M.Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyiminin XX əsrin sonlarında başlanan mütəqillik hərəkatının şüuarına çevrildiyini yazan soydaşımız əlavə edib ki, bu il həm Azərbaycanda, həm də dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar ADR – in 100 illiyini böyük bayram kimi qeyd edəcəklər. Yazıda Azərbaycanın 1991 – ci ildə yenidən mütəqillik qazandığı, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonunu işğal etdiyi, BMT – nin dörd qətnaməsinə (qətnamələrin nömrələri göstərilməklə) məhəl qoymaması, Xocalı soyqrımı xüsusi qeyd olunub. Daha sonra soydaşımız qeyd edib ki, Azərbaycan xalqı torpaqlarını sülh yolu ilə geri almağa çalışır, əgər bu alınmayacaqsa müharibə qaçılmaz olacaq. Soydaşımız yazını belə bitirib:
“Müharibə şəraitində olmasına baxmayaraq ADR 100 illiyi yüksək səviyyədə qeyd ediləcək. Azərbaycanlılar öz ölkələri ilə fəxr edirlər. Bu ili rəsmi olaraq bayram kimi qeyd etmək üçün də Azərbaycan Respublikasının Prezidenti bu ilin ADR – in 100 illik yubiley ili kimi qeyd edilməsi barədə sərəncam verib. Azərbaycan xalqı hamılıqla bu yubileyi qeyd edəcək və onlar bir daha bayraqlarının enməsinə imkan verməyəcəklərinni deyirlər. Necə ki, M.Ə.Rəsulzadə deyib: “Bir kərə yüksələn bayraq,bir daha enməz!””.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

End of content

No more pages to load

RADİO