Ermənistan ordusunun müqavilə əsasında işləyən hərbi qulluqçusu ölüb.
Bizim.Media “News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, iyunun 26-da qeydə alınan hərbi qulluqçu R.X.-nin ölüm faktı ilə bağlı cinayət işi başladılıb.
Cinayət işi üzrə aparılan ilkin istintaq çərçivəsində məhkəmə-tibbi ekspertizası təyin edilib, zəruri istintaq və digər prosessual hərəkətlər həyata keçirilir.
Bizim.Media