Yaxın Şərqdə Türkiyə-Azərbaycan müttəfiqliyi

Suriyada silahlı müxalifətin Bəşər Əsədi devirməsindən sonra baş verən geosiyasi proseslərin əhəmiyyəti və sürəti artıb. Regional və beynəlxalq dinamikanın Yaxın Şərqin nəbzi ilə tutuşdurulması fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, liderlərin Cənubi Qafqaz regionu ilə Yaxın Şərqi eyni portfel daxilində müzakirə etməsi iki ölkənin strateji müttəfiqliyindəki planların yeni mərhələyə keçidini nümayiş etdirir. Azərbaycan və Türkiyə prezidentlərinin müzakirələri bundan sonra baş verə biləcək hadisələrdə rəsmi Ankaranın böyük payının olacağı müstəvisində diqqətəlayiqdir. Proseslər həm də Suriyada əsas oyunçu hesab edilən Rusiya, İran və ABŞ-nin strateji maraqları prizmasına da baxmağı tələb edir.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin hazırladığı məqaləni sizə təqdim edir.

Rusiya çətin durumda

Rusiya Əsədi hakimiyyətdə saxlamağa maraqlı olmadığını göstərməklə əsas strateji prioritetinin Ukraynaya yönəldiyini sübut etmiş oldu. Amma Kremlin Əsədin devrilməsi ilə Yaxın Şərqdəki güc proyeksiyası yelləndi. Əsas diqqətlər indi Rusiyanın Aralıq dənizindəki əhəmiyyətli strateji sərmayəsinin mümkün fəlakətli itki ilə üzləşə biləcəyi ssenarilərinə yönəlir.

Çünki Rusiya dənizdə və quruda hərbi bazalarını itirsə, onun Afrikadakı manevr qabiliyyətləri də ziyan görəcək. Bu, Moskvanın bütün dünyada strateji təsirlərini azalda bilər. Bununla belə, Əsədin devrilməsi hələ Rusiya üçün tam itki deyil.

Kreml üçün ehtiyat qızıl açar da var. Çünki Əsəd rejiminin süqutu hakimiyyətin birbaşa qərbyönümlü rejimlə əvəzlənməsinə səbəb olmayacaq. Suriyada qalib gələnlər arasında hakimiyyət mübarizəsi başlayarsa, bu, Moskvaya ABŞ, Türkiyə və İsraillə sövdələşmə imkanı verə bilər.

İran-İsrail konteksti

Əsədin sonu İran və onun "müqavimət oxu"na ciddi zərbədir. Çünki İran Suriyanı Livan "Hizbullah"ına silah ötürülməsində kritik qovşaq və əməliyyat bazası kimi istifadə edirdi. İndiki vəziyyət isə İsrailin İrana qarşı əməliyyatlarında və strateji planlarında dönüş nöqtəsidir və Tehranın proksi qüvvələrdən istifadə etmək qabiliyyətini sarsıdır. Ümumilikdə Tehran regional təhlükəsizlik strategiyasına yenidən baxmağa məcburdur. İranın Yaxın Şərqdəki təsir dairəsini genişlətmək cəhdlərinin daha bir uğursuz nümunəsinin Suriyada təkrarlanmasından sonra Tehranın diplomatik, siyasi və hərbi ritorikasını mötədil bir dilə çevirəcəyi qaçılmazdır.

ABŞ tərəddüddə

ABŞ Əsədin süqutu fonunda terrorizmlə mübarizə, İranın təsirini cilovlamaq və Yaxın Şərqdə sabitliyi təşviq etməyə kömək edən tərəf kimi görünə bilərdi. Ancaq ABŞ Suriyanın şimal-şərq hissələrindəki nəzarət zonasını PKK-nın Suriya qanadı vasitəsilə qorumağa mükəlləf olduğundan sülhə dair nəticələri digər oyunçularla formalaşdırmaqda çox da həvəsli deyil. Üstəlik, ABŞ "Həyat Təhrir əş-Şam"ın, Suriya Milli Ordusunun əslində Türkiyə çərçivələrindən çıxması üçün çağırışlarını da artırır. Bunun səbəbi ABŞ-nin Suriya gündəliyində dominant oyunçu statusu əldə etmək istəyidir ki, bu da onu Türkiyə ilə üz-üzə qoya bilər.

Türkiyə yaxşı vəziyyətdə

Prosesdən ən çox qazanclı çıxan tərəfin Türkiyə olduğu aydınlaşır. Türkiyə Suriyada əsas təsirli tərəf olmaq imtiyazını əldə etdi. Türkiyənin Suriyanın şimalında öz təhlükəsizliyi xeyrinə formalaşdırmaq üçün qazandığı fürsətlər onun hədəflərini daha geniş regional çərçivələrə kökləyir. Türkiyə əksəriyyəti kürd olan milyonlarla suriyalı qaçqını yenidən Suriyaya yerləşdirmək imkanı da əldə etdi. Bunlar Ankaranın ardıcıl olaraq Yaxın Şərqdə mövqelərini böyütməsi və Cənubi Qafqazdakı əməliyyat modelini genişləndirməsinə böyük bir yol açır.

Bu, Türkiyənin Cənubi Qafqazdakı mümkün geosiyasi risklərlə əlaqədar tərəddüdlərinə də son qoyacaq. Deməli, Əliyevlə Ərdoğanın telefon müzakirələri dar regional məsələləri deyil, genişlənmiş strateji maraqların müştərək ifadəsini təmsil edirdi.

Suriyada Türkiyə və İsraildən başqa, digər oyunçuların üzləşdiyi problemlər onların Cənubi Qafqazdakı maraqları ilə mütənasiblik təşkil etdiyindən prosesə Ermənistan kadrları ilə də baxmaq lazımdır.

İrəvan üçün şok

Ermənistan Bəşər Əsədin müdafiəçisi idi. İrəvan Əsəd rejiminin yardımı ilə İrandan Livana silah daşınmasında coğrafi lövbər rolunu oynayırdı. İran dəhlizinin Suriya və Livana gedən marşrutları haqqında kəşfiyyat məlumatlarına əsaslanan araşdırmalar diqqəti Ermənistana da cəmləşdirirdi.

İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi həm də onun Cənubi Qafqaz və Yaxın Şərqdə asimmetrik ambisiyalarından irəli gəlirdi. Ermənistan üzərindən İranın mülki təyyarələrlə Suriyaya və Livana silah daşıdığı haqqında məlumatlar bu fikri təsdiqləyir.

İndi Əsədin süqutu ilə Ermənistanın da gizli marşrutlar üzrə mövqeləri sıradan çıxmış oldu.

Qısası, Əsədin devrilməsi İranın Ermənistan üzərində olan-qalan varlığını da darlaşdırır. Yəni, Əsədin devrilməsi Ermənistan üçün də əlavə mürəkkəbliklər gətirir və İrəvanın ekzistensial olaraq sağ qalması çətinləşir. Çünki Ermənistan Əsədi mühafizə edəcək silahlı dəstələri sülhməramlı adı altında Suriyaya yerləşdirmişdi və bu, onu sövdələşmə elementinə çevirirdi. İndi isə İrəvanın bu kartı da əldən çıxır. Mümkündür ki, Əliyevlə Ərdoğan nəhəng regional müstəvilərin Ermənistana da təsirlərini müzakirə ediblər.

Beləliklə, Bakı və Ankara üçün Əsədin devrilməsi Cənubi Qafqazda Ermənistan üçün təhlükəsizlik zəmanətləri axtaran qüvvələrin, o cümlədən İranın qəfil səhnədən çıxması perspektivinə baxışı da əks etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

End of content

No more pages to load

RADİO