Suriyada silahlar yenidən “DANIŞMAĞA” BAŞLADI – Hədəfdə Bəşər Əsəddir, yoxsa...

Suriyada silahlar yenidən “DANIŞMAĞA” BAŞLADI – Hədəfdə Bəşər Əsəddir, yoxsa...
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaxın Şərqdə müharibənin ünvanı dəyişir. Artıq bütün diqqətlər Suriyaya yönəlib. Məlum olduğu kimi, bir neçə gün əvvəl Bəşər Əsəd rejiminə qarşı olan “Təhrir əş-Şam” qruplaşması Hələb şəhərinə hücum edib. Nəticədə şəhər ələ keçirilib. Hələb şəhərinin mərkəzində Bəşər Əsəd rejiminin bayrağı müxalif qüvvələr tərəfindən endirilib.

Suriyadakı nisbi sakitlik pozulub.

Yenidən hərbi qarşıdurma başlayıb. Doğrudur, rəsmi Dəməşq nikbin danışır. Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı zamanı deyib ki, Suriya öz ərazi bütövlüyünü müdafiə etməyə davam edir və ölkənin şimalında üsyançıların hücumu zamanı dostları və müttəfiqlərinin köməyi ilə terrorçuları məhv etməyə qadirdir.

Bəşər Əsəd Suriya ordusu hücumu müvəffəqiyyətlə və qətiyyətlə dəf etdiyini və tezliklə əks hücuma keçəcəyini bildirib. O həmçinin açıqlamalarında bildirib ki, Suriya kimin himayədarı və ya dəstəkçisi olmasından asılı olmayaraq, terrorçuları məğlub edəcək.

Suriya Ərəb Respublikasının başçısı həmçinin terrorizmlə mübarizədə müttəfiqlərin dəstəklənməsinin vacibliyini qeyd edib.

Suriyaya növbəti dəstəksə Rusiyadan gəlib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Suriya hakimiyyətinə dəstəyini davam etdirir:

“Rusiya tərəfi Suriya hakimiyyətinə dəstəyini davam etdirir. Əlbəttə, biz Bəşər Əsədi dəstəkləməyə davam edirik və buna uyğun olaraq təmaslarımızı davam etdiririk. Eyni zamanda  vəziyyəti təhlil edirik”.

Bu arada Rusiyanın Suriyadakı hərbi qüvvələrinin komandanı general Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar Suriyada üsyançı müxalif qüvvələrin 3 gün davam edən uğurlu hücumlarından sonra verilib. Hücumlar nəticəsində Rusiyanın hərbi qüvvələri ciddi itkilər verib və bəzi bölmələr mühasirəyə düşüb. Hazırda yüzlərlə rusiyalı döyüşçünün itkin düşdüyü bildirilir.

Niyə məhz Suriya?

Məlum olduğu kimi İsraillə Livanın “Hizbullah” hərəkatı arasında noyabrın  27-də atəşkəs barədə razılaşma qüvvəyə minib. Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq. 

Bu xəbərdən bir neçə saat sonra isə Suriyadan silah səsləri gəlməyə başladı.

Bu təsadüf ola bilməz.

Deməli, Yaxın Şərqdə müharibə bitmir. Sadəcə ünvanlar dəyişir.

Məlumdur ki, İsrail-Fələstin müharibəsi başlayandan dəfələrlə qeyd etmişik ki, bu münaqişənin hədəfi qonşu dövlətləri yeni müharibəyə cəlb etməkdir. Amma qonşu dövlətlər, xüsusən də Türkiyənin təmkinli davranışı bədnam qüvvələrin planını pozdu. Əksər ərəb dövlətləri də Fələstin-İsrail müharibəsinə loyal yanaşdı. Ona görə də ssenari yenidən yazıldı. Münaqişə yenidən Suriyaya köçürüldü. Burda isə məqsəd Rusiya və Türkiyəni münaqişəyə cəlb etməkdir.

Məlum olduğu kimi Suriya Türkiyə ilə həmsərhəddir. Və neçə illərdir ki, Türkiyə Suriya və İraq ərazilərində antiterror əməliyyatları aparır. Öz sərhədlərinin təhlükəsizliyi üçün rəsmi Ankaranın atdığı bu addımlar təbii ki, Qərbin ürəyincə deyil. Ona görə də Qərbin pul kisəsindən asılı olan terror qruplaşmalar yenidən fəallaşıb. Beləliklə, Qərb Fəlstin-İsrail münaqişəsində bacarmadığını Suriya üzərindən etməyə çalışır.

Qərbin Suriyadakı ikinci hədəfi isə Rusiyadır.

Məlum olduğu kimi Bəşər Əsəd rejiminin əsas müdafiəçisi İranla yanaşı Rusiyadır. Hətta rusların Suriyada hərbi birləşmələri var. Məhz rus ordusunun dəstəyi bir müddət əvvəl Bəşər Əsədin münaqişədə üstünlüyünə şərait yaratmışdı. Eyni zamanda, çətin duruma düşən Qərb qüvvələri bir neçə il əvvəl biabırçı şəkildə Suriyanı tərk eləmişdi. Ona görə də Qərb həm yarımçıq qalmış hesabı qapatmaq,  həm də Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Suriyada hərəkətə keçib.

İsrail və İran yenə öz ampluasındadır

Təbii ki, Suriyada qızışan münaqişədə yenə də İsrail və İran katalizator rolunda çıxış edir. Nəzərə alaq ki, İsrail davamlı olaraq Suriyanı raket atəşinə tutur. Sonuncu belə hal isə 20 gün əvvəl yaşandı. Belə ki, noyabrın 10-da Suriyanın paytaxtı Dəməşqin cənubundakı Seyyidə Zeynəb ərazisində partlayışlar baş verib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) monitorinq mərkəzi İsrailin növbəti dəfə bölgəyə hücum etdiyini açıqlayıb. Bölgədəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində azı 6 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilir.

Suriyada vəziyyətin gərginləşməsi fonunda İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə gedib. Tehran qətiyyətlə bildirib ki, Suriya hökuməti və Ordusunu dəstəkləyəcək.

Göründüyü kimi bu münaqişədə də İsral və İran qızışdırıcı rolundadır. Hədəfsə münaqişənin arealının genişləndirilməsidir. Təsədüfi deyil ki, ötən gün  “Associated Press” yazıb ki, Suriyada vəziyyətin gərginləşməsi Yaxın Şərqdə daha bir müharibə zonasının yaranmasına yol aça bilər:

“Bu, vəziyyət öz maraqları olan Rusiya və Türkiyəni birbaşa, şiddətli münaqişəyə cəlb etmək riski daşıyır”.

Yəni Qərb, regionda münaqişəni alovlandırmaq və ölkələri üz-üzə qoymaq üçün indi də Suriya planının icrasına başlayıb. Lakin bu planın istənilən nəticəni doğuracağı inandırıcı görünmür.
 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan baş verənlərlə rəsmi Ankaranın heç bir əlaqəsinin olmadığını və yeni miqrasiya dalğasına səbəb olacaq heç bir addım atmayacağını bəyan edib.


Bütün bunları nəzərə alsaq, Qərbin Suriya üzərindən qurduğu planın reallaşması ehtimalı o qədər də yüksək görünmür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bu yay rekord istidən 50 mindən çox insan ölüb

Bu yay rekord istidən 50 mindən çox insan ölüb

Oskar mükafatlı 91 yaşlı əfsanə qaranlığa qərq olub: Görmürəm

Oskar mükafatlı 91 yaşlı əfsanə qaranlığa qərq olub: Görmürəm

İlham Əliyev onları təbrik etdi - FOTO

İlham Əliyev onları təbrik etdi - FOTO

Maskın etirafından sonra Ukrayna tərəf cavab verdi

Maskın etirafından sonra Ukrayna tərəf cavab verdi

Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb

Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb

Diqqət! Hesabınız oğurlana bilər

Diqqət! Hesabınız oğurlana bilər

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb

Çində 5,3 maqnitudalı zəlzələ baş verib

Çində 5,3 maqnitudalı zəlzələ baş verib

Mask Ukraynanın Starlink istifadəsini məhdudlaşdırdığını etiraf etdi

Mask Ukraynanın Starlink istifadəsini məhdudlaşdırdığını etiraf etdi

Tibbdə ilk: DNT insan orqanizminin daxilində redaktə edildi

Tibbdə ilk: DNT insan orqanizminin daxilində redaktə edildi

İnfantino Prezidentə xatirə hədiyyələri təqdim edib - FOTOLAR

İnfantino Prezidentə xatirə hədiyyələri təqdim edib - FOTOLAR

İbrahim Tatlıses xəstəxanada 40 gün bu filmə baxıb

İbrahim Tatlıses xəstəxanada 40 gün bu filmə baxıb

Meta-nın 25 milyard dollarlıq cəriməsinin arxasında nə dayanır? - Facebook qalmaqalının pərdəarxası

Meta-nın 25 milyard dollarlıq cəriməsinin arxasında nə dayanır? - Facebook qalmaqalının pərdəarxası

Qarşıdakı 3 ayda da anomal istilər gözlənilir - Dünya Meteorologiya Təşkilatı

Qarşıdakı 3 ayda da anomal istilər gözlənilir - Dünya Meteorologiya Təşkilatı

Günel Həsənzadə ölüm xəbərini təkzib etdi

Günel Həsənzadə ölüm xəbərini təkzib etdi

"Cəhənnəm mələkləri" qruplaşmasının liderinə 15 il 6 ay həbs cəzası verildi

"Cəhənnəm mələkləri" qruplaşmasının liderinə 15 il 6 ay həbs cəzası verildi

Rusiya və Ukrayna arasında müharibə hələ illərlə uzana bilər - Təhlil

Rusiya və Ukrayna arasında müharibə hələ illərlə uzana bilər - Təhlil

Qadın avtomobillə supermarketə girdi, rəfləri dağıtdı - VİDEO

Qadın avtomobillə supermarketə girdi, rəfləri dağıtdı - VİDEO

ABŞ-dən Səudiyyə Ərəbistanına səfərlə bağlı yeni xəbərdarlıq: Təhlükə artır

ABŞ-dən Səudiyyə Ərəbistanına səfərlə bağlı yeni xəbərdarlıq: Təhlükə artır

Pezeşkiyandan ABŞ-aSƏRT REAKSİYA: hər şeyi korladılar

Pezeşkiyandan ABŞ-aSƏRT REAKSİYA: hər şeyi korladılar

Sabah bu şəxslərin həyatında gözlənilməz dəyişikliklər başlayır

Sabah bu şəxslərin həyatında gözlənilməz dəyişikliklər başlayır

Avropada 6 ayda 50-dən çox hibrid hücum - Rusiya ilə Belarus ittiham olunur - FOTO

Avropada 6 ayda 50-dən çox hibrid hücum - Rusiya ilə Belarus ittiham olunur - FOTO

Uşaqlar üçün cazibədar təhlükə: ciddi problemlər yarada bilər

Uşaqlar üçün cazibədar təhlükə: ciddi problemlər yarada bilər

Dünya çempionatı: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

End of content

No more pages to load

RADİO