Müharibələr dünyasının SÜLH LİMANI – Uğurun SİRRİ

Bu gün dünyada siyasi vəziyyət II Dünya Müharibəsindən sonra ən gərgin həddə çatıb. Hətta Soyuq Müharibə dönəmində belə dünya ölkələri arasında qarşıdurma və münaqişələr, siyasi gərginlik hazırki səviyyədə olmamışdı.

Dünya nüvə müharibəsinin astanasındadır

Cəmi üç aydan sonra Ukraynadakı savaşın 3-cü ili tamam olacaq. Hansı ki, bu savaş II Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük münaqişədir. Özü də müharibə tərəfləri, ölən və öldürənlər də kökü bir olan iki slavyan xalqıdır. Bir tərəfdə NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün savaşa başlayan Rusiya, digər tərəfdə Qərbin vədləri ilə dağıdıcı müharibə meydanına çevrilən Ukrayna...
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan üçün “Ukrayna SSENARİSİ” – Qərb 10 il əvvəl Kiyevdə etdiyini Tbilisidə reallaşdırmağa ÇALIŞIR


Artıq bu savaşın nüvə müharibəsinə çevrilməsi ehtimalı gündəmdədir. Belə ki, Rusiya rəsmiləri nüvə silahına əl ata biləcəkləri ilə bağlı açıq xəbərdarlıqlar edir, Qərbdə isə Ukraynaya atom silahının verilməsi məsələsi müzakirə olunur. Yəni bir zamanlar absurd, reallıqdan uzaq kimi görünən, komediya filmlərinə mövzu olan nüvə müharibəsi artıq bütün dünya ölkələrinin qapısını döyür. Cəmi 3 il əvvəl Rusiyanın NATO raketləri ilə vurulacağı deyilsə, buna kimsə ehtimal verməzdi. Göründüyü kimi, bəşəriyyət qaranlıq bir tunelə daxil olub və tunelin sonunda işıq görünmür...

Yaxın Şərqdə də qan dayanmır

Yaxın Şərq min illərdir böyük savaşların mərkəzi olub. Bu regionda heç vaxt qan dayanmayıb. Amma hazırda Yaxın Şərqdə də əvvəllər analoqu görünməmiş vəziyyət yaranıb. Qəzzada ötən ilin oktyabrında başlayan savaş bitməmiş, İsrail təyyarələri Livanı yerlə-bir edir, yavaş-yavaş Suriyanı da hədəfinə çevirir. Üstəlik Yaxın Şərqin iki böyük gücü İran və İsrail vaxtaşırı bir-birilərini raket atəşinə tuturlar.

Bütün bunlar azmış kimi, indi də Suriyada bir neçə ildir sakitləşən vətəndaş müharibəsi yenidən alovlanıb. Qruplaşmaların, təşkilatların adları dəyişsə də, onların arxasında dayanan qüvvələr dəyişmir. Faktiki olaraq, Qərb və Rusiya-İran tandemi yenidən Suriya meydanında toqquşurlar. Toqquşmanın budəfəki mərhələsinin nə zaman bitəcəyi də məlum deyil.

Cənubi Qafqazda da stabillik müşahidə olunmur

Xüsusən də, Gürcüstanda oktyabrın 26-da keçirilən seçkilərdən sonra başlayan etirazlar son günlərdə vətəndaş toqquşmaları həddinə gəlib çatıb. Baş nazir İrakli Kobaxidzenin Avrointeqrasiyanın dondurulduğunu elan etməsindən sonra Qərbin də dəstəyi ilə müxalifət küçələrə axışıb, hüquq-mühafizə orqanları ilə toqquşmağa başlayıb. Vəziyyət o həddə gəlib çatıb ki, tərəflər bütün kartlarını açıq oynayır, “kozır”larını masaya qoyurlar.

Tbilisidə baş verənlər 2014-cü ilin Kiyevini, “Avromaydan hərəkatı”nı xatırladır. Nəticənin Maydandakı kimi olub-olmayacağı isə bəlli deyil.

Cənubi Qafqazın ən zəif bəndi Ermənistanda da hökumət böhranı müşahidə olunur. Bir tərəfdən Baş nazir Paşinyan “WhatsApp” mesajları ilə güc strukturlarının rəhbərlərini istefaya göndərir, digər tərəfdən gündə bir erməni deputat mənsub olduğu partiyadan istefa verir. Yəni, Ermənistan cəmiyyəti 44 günlük müharibədə dəyən zərbənin təsirindən hələ də oyana bilmir.

44 günlük müharibədən söz düşmüşkən...

2020-ci ilin payızında 44 gün ərzində Azərbaycanın qazandığı tarixi zəfər Cənubi Qafqazda geosiyasi reallığı kökündən dəyişdi. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, 3 rayonu isə bir güllə belə atmadan azad etdi. Hansı ki, dünən həmin 3 rayondan birinin - Laçının azad olunmasının 4-cü ildönümünü qeyd etdik. Ümumilikdə isə 4 ildir ki, Azərbaycan xalqı rayonlarımızın işğal tarixini hüznlə xatırlamaq yerinə, azad olunduqları günləri sevinclə qeyd edir.

Yəni, dünyanın dörd bir yanında, xüsusən də qonşu ölkələrdəki vəziyyətlə Azərbaycandakı durum arasında yerlə-göy qədər fərq var. Bir yanda toqquşmalar, qarşıdurmalar baş verərkən, Azərbaycanda qalib xalq sakit, hüzurlu həyatına davam edir. 30 illik işğal dönəmində viran qoyulan Qarabağda quruculuq işləri aparılır, məcburi köçkünlər keçmiş məcburi köçkünlərə çevrilirlər.

Azərbaycandakı sabitliyin, inkişafın ən böyük sübutu isə 10 gün əvvəl başa çatan COP29 oldu. Dünyanın 196 ölkəsindən 70 mindən çox nümayəndə Bakıya toplandı, Azərbaycanın sədrliyi ilə iqlim dəyişikliyinə qarşı mübarizədə tarixi razılığa gəldilər.

Bu uğurumuzun sirri nədir?

Cavab sadədir: hakimiyyət-xalq birliyi. Bu gün birlik, bərabərlik olduğu üçün ölkəmiz inkişaf edir, Azərbaycanın adı zirvələrdə səslənir. Nə qədər ki, bu birliyimiz davam edəcək, Azərbaycan daha da yüksələcək, yeni-yeni uğurlar qazanmağa davam edəcək...

Bizim.Media-nın analitik qrupu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO