Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib - FOTO

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, iclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub.
 

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edən MDB PA-nın missiyasının yekun rəyinin müzakirəsi zamanı çıxış edərək, görülən işlərə görə bütün müşahidəçi qruplara, o cümlədən Parlamentlərarası Assambleyanın müşahidə missiyasına təşəkkürünü bildirib.


Seçkilərin tarixinin dəyişdirilməsinin və sentyabrın 1-də keçirilməsinin, əsasən, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu qərar özünü tamamilə doğruldub. Onun sözlərinə görə, parlament seçkiləri ölkənin siyasi həyatında bütün dövlət resurslarının səfərbər olunmasını tələb edən mühüm hadisələrdən biri olduğundan, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident, vitse-prezident və Baş nazirlərin qatıldığı qlobal xarakter daşıyan belə bir beynəlxalq tədbir zamanı seçkilərin keyfiyyətli təşkili qeyri-mümkün idi.

Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən parlament seçkiləri həm də cari ilin fevralında keçirilən prezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərində keçirilən ilk parlament seçkiləri olması ilə əlamətdardır. Bu seçkilərin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi ölkəmiz üçün mühüm tarixi əhəmiyyətə malik hadisədir. Qeyd olunub ki, seçkilər zamanı müvafiq dövlət orqanları tərəfindən vətəndaşların öz iradəsini azad ifadə etməsi və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.

O, Yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin əvvəlki kimi parlamentlərarası dialoqun inkişafına sadiq olduğunu, bundan sonra da həm dost parlamentlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həm də Parlamentlərarası Assambleya çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə diqqət yetirəcəyini bildirib.

Məsələ ilə bağlı çıxış edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova COP29 kimi mötəbər və mühüm tədbirin yüksək səviyyədə təşkili münasibətilə Azərbaycan xalqına və Azərbaycan Respublikası Prezidentinə təbriklərini çatdırıblar. Eyni zamanda, parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO