Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə İŞTİRAK ETDİ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.

Bizim.Media xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Leyla Əliyeva, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Respublikası bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

Sonra Leyla Əliyeva tədbir iştirakçılarına IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.

Yekunda Leyla Əliyeva iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Jao Yinqmin, KYTYİK-nin həmsədri, Bezos Yer Fondunun prezidenti və baş icraçı direktoru Endryu Stir, KYTYİK İdarə heyətinin vitse-prezidenti Erik Solheym, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks və digər rəsmi nümayəndə, ekspert və özəl sektor təmsilçiləri iştirak edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO