Medvedevdən miqrantlarla bağlı XƏBƏRDARLIQ – Rusiyadakı soydaşlarımızı NƏ GÖZLƏYİR?

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda çıxışı zamanı miqrant ailələrin üzvlərinin Rusiya ərazisində qalmamalı olduğunu bildirib.

“Hər kəs bunu xatırlamalıdır. Üstəlik, əgər kimsə ölkəmizin ərazisindədirsə və işləmirsə, oxumursa, o zaman həmin şəxslər ölkəmizi tərk etməlidir”, - deyə Medvedyev vurğulayıb.

Onun sözlərinə görə, miqrant ailələrinin ölkədə qalma məsələsi xüsusi nəzarətdə olmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Medvedevdən miqrantlara XƏBƏRDARLIQ: “Ölkəmizi tərk etməlidirlər” – VİDEO


Həmçinin görüş zamanı Medvedev bildirib ki, Rusiyada ekstremizmin yayılmasına zəmin yaradan etnik anklavların yaranmasının qarşısı alınmalıdır.

Dövlət Dumasının deputatları isə bu yaxınlarda Rusiyada qanunsuz miqrasiyanın təşkili nəticəsində əldə edilmiş pul, əmlak və qiymətli əşyaların müsadirəsini nəzərdə tutan qanun qəbul ediblər.

Bu barədə ölkə parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin məlumat verib. “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 104.1-ci maddəsinə əlavələr və 322.1-ci “Qeyri-qanuni miqrasiyanın təşkili” maddəsi ilə əlavələr edən qanun qəbul edilib”, – Volodin Teleqram kanalında yazıb.

O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən qeyd edib ki, son bir ildə miqrasiya sahəsində cinayətlərin sayı 79,6 faiz, 2024-cü ilin yeddi ayında isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb.

Qeyd edək ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Onlar arasında müəyyən miqdarda qeyri-qanuni əsaslarla yaşayanlar da vardır.

Görəsən, bu fonda Rusiyada yaşayan soydaşlarımızı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Rusiya üçün miqrasiya məsələsinin aktual olaraq qaldığını deyir:

“Dmitri Medvedyev miqrantlara bağlı həqiqətən də çox sərt fikirlər səsləndirib. Bəllidir ki, Rusiya üçün miqrasiya məsələsi aktualdır və bu birmənalı qarşılanmır. Müharibə ilə əlaqədar Rusiya ərazisini tərk edən insanların sayı çoxalıb. Rusiya siyasi dairələrinin müəyyən seqmenti tərəfindən miqrantlarla bağlı kəskin fikirlər səslənir. Əhali arasında da məsələyə münasibət birmənalı deyil. Miqrantların yerli cəmiyyətə inteqrasiya olunmadığı yerlərdə onlarla bağlı ortaya çoxsaylı suallar çıxır”.

Deputat qeyd edir ki, Rusiya cəmiyyətində antimiqrant ritorikası bəzi hallarda süni şəkildə tirajlanır:

“Məsələn, baş verən cinayət hadisələrində hər zaman miqrantların adları hallanır. Siyasi dairələr də bəzi hallarda məhz bunun üzərindən məsələyə reaksiya verir. Amma reallıqda bu belə deyil.

Ölkədə etnik zəmində baş verən hadisələr cüzi faiz təşkil edir:

Rusiyada miqrasiya sahəsində ciddi islahatlar həyata keçirilir. Onun əsas qayəsini ölkədə qanunsuz yaşayanların sayını azaltmaq təşkil edir. İkinci bir tərəfdən, ölkədəki əcnəbilərin daha çox fayda verəcək kateqoriyaya çevrilməsi siyasəti həyata keçirilir. Bu da sərtləşdirmə kimi dəyərləndirilə bilər.

Qanun layihəsində diqqət miqrantın sırf əmək fəaliyyətilə məşğul olmasına yönəldilir. Bunun üzərindən miqrantın ora sırf ailəsini də gətirməsini əngəlləmiş olurlar. Çünki hesab edirlər ki, işləyən miqrantın ailəsinin də gəlməsi dövlət üçün əlavə yük, maddi məsuliyyət yaradır. Onlar da bu yükdən azad olmaq istəyir”.

Millət vəkili deyib ki, bu vəziyyət müxtəlif formada azərbaycanlı miqrantlara da toxunur:

“Amma Azərbaycandan olan əmək miqrantları birinci deyil, ikinci beşlikdə yer alır. Qanun layihəsi daha çox Mərkəzi Asiyadan olan miqrantlara toxunacaq. Təbii ki, istənilən sərtləşmə faiz nisbətində az olsa da, azərbaycanlı miqrantlara da toxunur. Miqrant ailələrilə bağlı qanun qüvvəyə minərsə, belə olan halda onların ailə üzvləri əmək fəaliyyətilə məşğul olmaqda maraqlı olacaqlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO