Korotçenkodan XƏBƏRDARLIQ – “Qərb Ermənistanı silahlandırmaqla revanşa hazırlayır”

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Yeni formalaşan parlamentin qarşısında dayanan vəzifələrdən danışan ölkə başçısı həm də vacib çağırışlar edib. Təbii ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq ekspertlər tərəfindən də maraqla qarşılanıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Rusiya mətbuatına geniş müsahibə verib. 

O, müsahibəsində Prezident İlham Əliyevin Azərbaycan parlamentindəki  bəyanatlarını təhlil edib:
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan İrana XƏBƏRDARLIQ: “Ermənistanın maraqlarına xidmət etməyə davam etsələr...”


“Azərbaycan Prezidentinin çıxışı proqram xarakterli idi və strateji mahiyyət daşıyırdı. Çıxışda regionda hərbi-siyasi vəziyyətin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məqamlara toxunuldu, Azərbaycanın vacib hesab etdiyi amillər müəyyən edildi. 

Azərbaycan lideri bir daha bəyan etdi ki, bu gün Ermənistanın arxasında Qərbdə təkcə bu ölkəni manipulyasiya etməklə kifayətlənməyən, həm də Cənubi Qafqazda yeni reallıq yaratmağa çalışan əsas geosiyasi oyunçular dayanır. Onlar Azərbaycanın son illər əldə etdiyi uğurları: 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbənin nəticələrini, erməni separatizminin mövcudluğuna son qoyan 2023-cü ildə antiterror əməliyyatının nəticələrini pozmağa çalışırlar”.

“Ermənistanı revanşa hazırlaşdırırlar”

İqor Korotçenko onu da əlavə edib ki, bir sıra Qərb dövlətləri, ilk növbədə ABŞ, Fransa, Kanada, o cümlədən Aİ bu gün praktiki baxımdan Cənubi Qafqazda vəziyyətin inkişafına ən fəal və dağıdıcı təsir göstərirlər:

“Söhbət təkcə Ermənistanı silahlandırmaqdan deyil, həm də Ermənistanın Azərbaycana qarşı qisasçılığa təşviq edilməsindən gedir. Bu isə Azərbaycanın diqqətini dinc konstruktiv inkişafa yönəltməsinin qarşısını almaq, Qərbin yardımı ilə onu gərgin vəziyyətdə saxlamaq, yeni təzyiq imkanları axtarmaq üçün edilir. 

Bu məqsədlə qarşıya qoyulan hədəflərə nail olmaq üçün Ermənistanın silahlandırılması və revanşa hazırlaşdırılması daha əlverişlidir. Ermənistanda revanşist istəklər davam edir, onlar həm siyasi, həm də hərbi dairələrdə mövcuddur. Bu, Azərbaycan üçün təkcə sözdə, bəzi bəyanatlarda deyil, praktiki aspektlərdə özünü göstərən real təhlükədir. 

Qərb çətinliklər yaradır. 

İlk növbədə, bu, Cənubi Qafqazda Ermənistan ordusunun Qərb silahları ilə təmin edilməsi fonunda müşahidə olunur. Bu, Paşinyan rejiminə Qərb hərbi müşavirlərinin köməyidir ki, onlar açıq-aşkar hərbi quruculuqda və prioritetlərin müəyyən edilməsində, Ermənistanın “güc” maşınının qarşısında duran vəzifələrin icrasında iştirak edirlər. 

Digər bir vəzifə isə kəşfiyyat xidmətləri vasitəsilə Qərblə Ermənistan arasında məlumat mübadiləsi aparmaqdır. Məlumdur ki, İrəvan və Paris bu sahədə müqavilə bağlayıb. Beləliklə, Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstanla bağlı məxfi məlumatlar əldə edilir. Fransa xüsusi xidmət orqanları bu məlumatları əldə edərək erməni tərəfdaşlarına ötürür.

Görünür, bu amillər Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq bəyanatları səsləndirməsini labüd edib. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, özünə güvənən Azərbaycan bu gün bir sıra xarici güc mərkəzləri üçün problemə çevrilib. Bu məqam xüsusilə nəzərə alınmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

End of content

No more pages to load

RADİO