Ceyhun Bayramov maltalı həmkarı ilə Azərbaycan-ATƏT münasibətlərini MÜZAKİRƏ EDİB - FOTO

Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan və Malta arasında qarşılıqlı hörmətə əsaslanan dostluq və faydalı əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə siyasi dialoqun intensivləşdirilməsi, yüksək səviyyəli səfərlərin dinamikasının artırılması və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə ATƏT gündəliyində duran məsələlər və regional inkişaflar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin əsas prioritetləri barədə məsələlərə toxunulub.

Həmçinin Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Maltanın ATƏT sədrliyi ilə mümkün əməkdaşlıq barədə müzakirə aparılıb.
 

COP29 Sədrliyimizin 14 əsas təşəbbüs və bəyanlar ilə müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına fokuslandığı bildirilib.


Postmünaqişə dövründə regionumuzda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amil olduğu vurğulanıb.

Eyni zamanda, Ermənistan tərəfindən Minsk Qrupu kimi aktuallığını itirmiş təsisatların gündəmdə saxlanılması səylərinin qəbuledilməzliyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

End of content

No more pages to load

RADİO