Belarus-Rusiya İttifaqının Parlament Məclisinin müşahidə missiyası MSK-da olub - FOTO

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Belarus-Rusiya İttifaqının Parlament Məclisinin müşahidə missiyasının rəhbəri Sergey Raçkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, MSK sədri seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən çox yerli müşahidəçinin qoşulduğunu, ölkə üzrə seçki məntəqələrində səsvermə günü prosesini fasiləsiz izləmək üçün 1000 veb-kameranın quraşdırıldığını söyləyib.

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu diqqətə çatdırıb.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov 2471 məntəqədə fiziki məhdudiyyətli şəxslər üçün pandusların quraşdırıldığını deyib.

Vurğulanıb ki, Milli Məclisə növbədənkənar seçkilər ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Müşahidə missiyasının rəhbəri Sergey Raçkov Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu vurğulayıb, seçki prosesini fəal şəkildə izləyəcəklərini deyib.

O, seçkilərə hazırlıq prosesini izləmək üçün bir neçə məntəqəyə baş çəkdiklərini və hazırlığın yüksək səviyyədə olduğunu bildirib, həmçinin seçkilərin təhlükəsiz şəraitdə keçəcəyindən əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin seçki ilə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

End of content

No more pages to load

RADİO