Tanınmış media eksperti, siyasi analitik Qulu Məhərrəmli ABŞ prezidenti Donald Trampın 20 yanvarda 1 ili tamam olan prezidentliyi dönəmini Moderator.az-a şərh edib:
"D.Trampın ABŞ prezidenti seçilməsi dünya üçünxa0 nə qədər təəccüblü idisə, bir illik hakimiyyəti dövründə dünyanı çalxalayacaq hansısa fövqəladə hadisənin baş verməməsi də adamlarda bir o qədərxa0 təəccüb doğurur. Mən onu nəzərdə tuturam ki, respublikaçıların hakimiyyətdə olan nümayəndəsi bir qayda olaraq sərt xarici siyasətə üstünlük verir, bu və ya başqa problemi həll etmək üçün hərbi gücə əl atır. Yaxşı ki, indiki ABŞ prezidenti hələlik belə bir dalğa yaratmayıb. Mənə elə gəlir ki, Tramp dünya reallıqlarını duyur və o, bir çox məsələləri, o cümlədən Rusiya ilə olan problemləri müharibə ilə yox, iqtisadi vasitələrlə həll etməyə çalışacaq. Əslində o, bir prezident kimi ölkə daxilində iqtisadi vəziyyətin daha da yaxşılaşdırılmasına, xüsusən azad biznesin inkişafı üçün vergi siyasətinin dəyişdirilməsinə nail olub. Amerikalılar bunu təqdir edir.
xa0

Bunlarla yanaşı D.Tramp mənim nəzərində özünün dəlisov, dərin düşünmədən qərar verən prezident obrazını saxlayıb. Xüsusən, Yerusəlimlə bağlı qərar onun dəlisovluğunun ABŞ-a necə baha başa gəldiyini aşkar göstərdi. Bu xarakterdə insanın prezident vəzifəsini tutması, həm də Amerika demokratiyasının sınaq dövrüdür. Yəni görünür ki, prezidentin kimliyindən asılı olmayaraq ölkədə demokratik institutlar çalışır, təzyiqdən asılı olmayaraq azad media çalışır, məhkəmələr prezidentin insan haqlarına basqı olan qərarlarını ləğv edə bilir. ABŞ-ın gücünün bir mənbəyi də bundadır. Məncə, D.Tramp hakimiyyətinin ikinci ili üçün bu həqiqəti dərk edərək planlar cızacaq.