Ermənistanın Azərbaycana göndərdiyi muzdlu terrorçu barədə məlumat YAYILDI

Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən Livan vətəndaşının cinayət işi üzrə istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti bununla bağlı birgə məlumat yayıb. Məlumatda deyilir:

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər əldə olunub.

Silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməklə yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan silahlı qüvvələrin tərkibində istifadə etməklə ordumuza və dinc əhalimizə qarşı çoxsaylı təxribatlara əl atıb.

Belə ki, Livan Respublikasının vətəndaşı  Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham  29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul etmiş, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna  qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

05.05.2021-ci il tarixdə  cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada “Telegram”ın fəaliyyəti MƏHDUDLAŞDIRILDI – RƏSMİ

Rusiyada “Telegram”ın fəaliyyəti MƏHDUDLAŞDIRILDI – RƏSMİ

UEFA “Benfika” – “Real Madrid” oyunundakı insidenti araşdırmağa başladı

UEFA “Benfika” – “Real Madrid” oyunundakı insidenti araşdırmağa başladı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Kişi arvadını döydü - Pişik saxlayırmış

Kişi arvadını döydü - Pişik saxlayırmış

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

NATO-nun sözçüsü: Türkiyə sadiq müttəfiqdir - FOTO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

Naxçıvanın dəmir yolları yenidən qurulur – VİDEO

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

35 ilin "kupça" böhranı – Yeni qayda vəziyyəti dəyişəcəkmi?

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

“Qarabağ”ın ilk “play-off” SINAĞI – Tarixi görüşdə komandamızın QƏLƏBƏ ŞANSLARI

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

SON DƏQİQƏ! ANAMA-nın əməkdaşı Xocalıda minaya düşdü

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

Ukrayna-Rusiya danışıqlarında mühüm irəliləyiş əldə olundu

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

"Sənin kirayə qaldığın binada mənim 3 evim var"

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

Türkiyədə bu adlardan imtina rekord səviyyəyə çatdı - Nifrət edirlər...

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

İtkin düşən şəxsin meyiti kanalda TAPILDI

Kişi həyat yoldaşını dayanacaqda döydü

Kişi həyat yoldaşını dayanacaqda döydü

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Hava kəskin dəyişəcək: temperatur düşə, qar yağa bilər – TARİX

Bu gecə niyyət axşamıdır - FOTO

Bu gecə niyyət axşamıdır - FOTO

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Qambiya Prezidentinə MƏKTUB

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

“Mərkəzi Azəri” platformasından nə qədər neft hasil edilib?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

Teatr idarəçiliyində yeni MƏRHƏLƏ – Nələr DƏYİŞDİ?

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq – FOTO

“Arsenal”ın skautları Bakıya GƏLDİ

“Arsenal”ın skautları Bakıya GƏLDİ

End of content

No more pages to load

RADİO