Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə getdi - TƏCİLİ!            

2021-ci ilin 3-4 may tarixlərində Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xid­mətinin rəisi, gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin (DSX) Sərhəd Qo­şun­ları­nın “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

DSX-dən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və iş­ğal­ altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azər­baycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

26 aprel tarixində Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xid­mətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanmış, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələ­cəklərinə əminlik ifadə olunub.

Ezamiyyət müddətində əlahiddə sərhəd divi­zi­yasının xidməti ərazi­sin­də dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili lstiqamətində həyata keçirilən fəa­liyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası­, sərhəd yol­larının çəkil­məsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilmiş, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhədçilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunub.

Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsinin vacibliyi xüsusi qeyd olunub.

Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilmiş, zəruri tapşı­rıq və tövsiyələr verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

ABŞ gecə boyu İranın bir sıra bölgəsinə aviazərbələr endirdi

ABŞ gecə boyu İranın bir sıra bölgəsinə aviazərbələr endirdi

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO

Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır – VİDEO

Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır – VİDEO

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

End of content

No more pages to load

RADİO