Milli Məclisin sədri qırğız həmkarını regiondakı vəziyyət haqqında MƏLUMATLANDIRIB - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Joqorku Keneşin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra o, Milli Məclisdə Heydər Əliyev Muzeyində olub və Xatirə kitabını imzalayıb.

Görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin əsasını təşkil etdiyi qeyd olunaraq, bildirilib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr məhz bu möhkəm təməl üzərində qurulub. Vurğulanıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər ərzində dövlətlərimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.

Görüşdə Azərbaycan-Qırğızıstan münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunub.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etmələrindən razılıq ifadə olunub. O cümlədən, qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki proqram xarakterli çıxışında Azərbaycanın qarşısında duran vəzifələrdən danışarkən, bizim Türk dünyasından başqa ailəmizin olmadığını bildirib.

Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələrin önəminə diqqət çəkilib.

Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

O, ötən il Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini xatırladaraq, Ulu Öndərin bütün Türk dünyasının qüruru olduğunu və bu tədbirdə iştirak etməklə dahi liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə etdiklərini söyləyib. Nurlanbek Şakiyev bu kimi tədbirlərin yalnız parlamentlər deyil, xalqlarımız arasında da münasibətlərin inkişafına töhfə verdiyini bildirib.

O, qarşılıqlı səfərlərin, deputatlarımız arasında təmasların ikitərəfli əlaqələrin, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nurlanbek Şakiyev deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi kökləri olan dostluq münasibətlərinin inkişaf etdirilməsi xalqlarımızın maraqlarına uyğundur. Joqorku Keneşin sədri parlamentlərimizin beynəlxalq platformalarda qarşılıqlı dəstəyinin davam etdirilməsi, birgə təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı Milli Məclisin sədri qonağa regiondakı vəziyyət haqqında məlumat verib. O, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından qurtarmasından, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən söz açıb, ölkəmizin regionda sülhün əldə olunması istiqamətində atdığı addımlar və irəli sürdüyü təşəbbüslərdən, sülh sazişinin imzalanması istiqamətində görülən işlərdən danışıb, bəzi üçüncü tərəflərin regionda sülhün bərqərar olmasına törətdiyi əngəlləri diqqətə çatdırıb.

Sahibə Qafarova qonaqların sabah Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə - Füzuli və Şuşa şəhərlərinə səfəri zamanı işğal dövründə Ermənistan tərəfinin törətdiyi dağıntılarla və Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlarını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

End of content

No more pages to load

RADİO