XİN Avropa İttifaqını Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa ÇAĞIRDI

“Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano tərəfindən səsləndirilən qərəzli və qəbuledilməz bəyanatı tamamilə rədd edirik. Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddiaların əks olunduğu bəyanatına dair şərhində qeyd edilib.

Bildirilib ki, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir:
“Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir.

Bununla yanaşı, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar.

Aİ-nin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır.

Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur.

Eyni zamanda, Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir.
Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Bolqarıstanla qarşılaşacaq

Millimiz Bolqarıstanla qarşılaşacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

Avtomobili yağışdan ziyan görənlərin NƏZƏRİNƏ – Bu halda zərəri sığorta qarşılayacaq

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

“EU Reporter” nəşrində 31 Mart Soyqırımı ilə bağlı məqalə DƏRC OLUNDU

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

29 il əvvəl Ulu öndər Ağ Evin xatirə kitabına nə yazmışdı? – Tarixi kadrlar – VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

Ömrü uzadan 10 qida

Ömrü uzadan 10 qida

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

Leandro Andrade “Qarabağ”da QALACAQ?

Leandro Andrade “Qarabağ”da QALACAQ?

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

End of content

No more pages to load

RADİO