NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, NATO İrana qarşı hərbi əməliyyatda Vaşinqtonu dəstəkləməməklə səhv edib.

"Düşünürəm ki, NATO-nun əməliyyatlarda iştirak etməməsi inanılmaz səhv idi. ABŞ müttəfiqlərini qorumaq üçün əhəmiyyətli resurslar xərcləyir, lakin Vaşinqton indi alyansa dəstək səviyyəsini yenidən nəzərdən keçirməlidir", - deyə D.Tramp qeyd edib.

Son aylar Ağ Ev administrasiyasının NATO-dan narazılığı daha da artır. Bu da, ABŞ-nin NATO-da ayrıla biləcəyi ilə bağlı ssenariləri daha da gücləndirir.

Bəs bu kimi hal reallaşacağı təqdirdə NATO-nun aqibəti necə olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan amerikalı analitik Pol Qobl bildirib ki, belə bir ssenari həm ABŞ, həm də NATO-nun digər ölkələri üçün uğurlu olmayan siyasət olardı:

“NATO 70 ildən çoxdur ki, ABŞ siyasətinin mərkəzindədir. O, Şimali Amerika ilə Avropa arasında əsas təşkilati əlaqədir. Bu cür ifadələr (red: ABŞ Prezidentinin NATO haqqında çıxışı) bunu və NATO-nun davamlı rolunu nəzərə almır”.

Qobl qeyd edib ki, ABŞ NATO-dan ayrılsa, Rusiya kimi ölkələr daha da güclənəcək:

“Əgər ABŞ NATO-dan çıxsa, ittifaq dağılacaq və Avropa mərkəzli yeni bir ittifaq yaranacaq. Çox ümid edirəm ki, belə bir gediş ehtimalı yoxdur, çünki düşünürəm ki, belə bir addımın ilk qurbanı ABŞ, ilk faydalanan isə Rusiya və digər bu kimi dövlətlər olacaq”, - deyə P.Qobl əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

End of content

No more pages to load

RADİO