NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...

Fransa fevralın sonlarında verdiyi təklifə əsasən nəhayət Ukraynaya öz qoşunlarını göndərib. Mətbuatın yazdığına görə, Paris Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərib. Onlar 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb.

İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbass cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, Parisin NATO üzrə müttəfiqlərindən əksəriyyəti Makronun təklifinə qarşı çıxsalar da, artıq Fransa qoşunlarının Ukraynada olması onu deməyə əsas verir ki, bu hadisə birmənalı şəkildə ABŞ-ın göstərişilə baş verib. Belə ki, Paris Vaşinqtondan bu dəstəyi almadan həmin addımı təkbaşına atmağa cürət etməz. Bu gün, yəni mayın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə müdaxilə tələb oluna bilər və bu fonda ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna edilmir.

Belə görünür, Fransanın ardınca ABŞ da anoloji addımı atmaq niyyətindədir. Qərb ölkələrinin bu addımına Rusiyanın cavabı gecikməyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Peskov bəyan edib ki, Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək bu dövlətlərin birbaşa Rusiyaya qarşı müharibəyə başlaması kimi qəbul olunacaq və qlobal fəlakətlə nəticələnəcək.

O bildirib ki, belə olan halda ölkəsinin hədəfində Vaşinqton, London və Paris şəhərləri olacaq. Medvedevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.

Bundan əlavə, Rusiya yaxın vaxtlarda Cənub Hərbi Dairəsinin (CHD) raket birləşmələrinin və Hərbi Dəniz Qüvvələrinin təlimlərinin keçirilməsi hazırlıqlarına başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqram-da məlumat yayıb. Təlimlər zamanı digər məsələlərlə yanaşı, “qeyri-strateji nüvə silahlarından istifadə məsələlərinin” işlənməsi də planlaşdırılır. 

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, təlim qeyri-strateji nüvə silahlarının döyüş istifadəsi bölmələrinin şəxsi heyətinin və texnikasının cavab vermək üçün hazırlığını qorumaq və bəzi Qərb rəsmilərinin Moskvaya qarşı təxribatçı açıqlamaları və təhdidlərinə cavab olaraq Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır. Hər halda, görünən odur ki, bəşəriyyət olduqca təhlükəli bir mərhələyə qədəm qoyur.  

Qərb ölkələrinin Ukraynaya qoşun göndərməsi fonunda savaşın seyri necə dəyişəcək? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, yaranmış vəziyyətdə Ukrayna ətrafında baş verən müharibənin maştabı genişlənəcək: 

“Parisin bu addımı fonunda görünən odur ki, hər halda məsələ kifayət qədər ciddiləşib. Fransa ordusunun hansısa bir divizionu, yaxud bölməsinin Ukraynaya getməsi artıq NATO-nun birbaşa olaraq prosesə qoşulması deməkdir. Belədə, açıq aşkar şəkildə görünür ki, müharibənin maştabı genişlənəcək. Yəqin ki, Rusiyanın da Fransanın hərəkətinə reaksiyası olacaq. Hər halda, Paris məsləhətləşmədən bunu edə bilməz. Görünür ki, ABŞ və başqaları ilə danışıqlar əsasında bu məsələ Fransa qoşunlarının Ukraynaya göndərilməsi fonunda öz həllini tapıb”. 

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

İki cərrah məsuliyyətə cəlb olundu - VİDEO

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

End of content

No more pages to load

RADİO