Ceyhun Bayramov Quterreşin müşavirini QƏBUL EDİB - FOTO

2 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, aparılan danışıqlar prosesi, habelə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın karbohidrogen resurslarla zəngin ölkə olmasına baxmayaraq, milli səviyyədə könüllü şəkildə alternativ enerjiyə keçid istiqamətini tutduğunu, hazırda isə COP29 çərçivəsində beynəlxalq səviyyədə bu səylərə öz töhfəsini nümayiş etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

Bu istiqamətdə artıq bir sıra vacib görüş və tədbirlərin həyata keçirildiyi, habelə müxtəlif tərəflərlə bu kimi təmasların, o cümlədən BMT ilə mövcud əməkdaşlığın davamlılığının təmin edilməsinin vacibliyi qeyd olunub.

COP29 çərçivəsində danışıqlar prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, müxtəlif tərəflərin fərqli yanaşmalarına baxmayaraq, konsensusun əldə edilməsinin əhəmiyyətinin hər kəs üçün aydın olmasının müsbət göstərici olduğunu diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyi görüş zamanı vurğulanıb.

Xüsusi müşavir Selvin Hart Azərbaycanın hazırlıq prosesi üçün vaxt azlığı və sədrlik prioritetinin kompleks olmasına baxmayaraq, prosesin qısa müddət ərzində olduqca yaxşı təşkil olunmasının, habelə digər sədrliklərlə əlaqələndirilmənin təmini üçün "Üçlük" ("Troika") formatının təsis edilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

COP29-un başlama tarixinin ölkələr üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) müəyyən olunacağı dövrə təsadüf etdiyi, bu baxımdan COP29-un yaxşı fürsət ola biləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

End of content

No more pages to load

RADİO