Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələrinə səbəb olub. Budəfəki yalanın əsas motivi isə Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya mövzusu ilə əlaqələndirilməsidir.

Guya ki, Qubad İbadoğlu məhz ABŞ-ın sanksiyalarına görə ev dustaqlığına buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qubad İbadoğlu ev dustaqlığına BURAXILDI 


Bu iddianı ortaya atanların hansı təfəkkürdə olduqlarını elə buradan görmək olar. Çünki ən bəsit hüquqi savadları və utanan üzləri olsa idi, cəmiyyətə yalanlarını belə sırımağa çalışmazdılar. Bu “ağıllı”lar ən azı düşünərdilər ki, kiminsə haqqında hər hansı məhkəmə qərarının verilməsi bir günün, bir həftənin işi deyil. Bu bəzən aylarla davam edən prosesin nəticəsi ola bilər.

Eynilə də, bu “dahi”lər elə bilirlər ki, hansısa konqresmenin sanksiya çağırışı etməsi ilə o dəqiqə hər şey yekunlaşacaq. Əslində ürəklərindən keçən də odur. Amma onların bu istəyi “ac toyuğun yuxusunda darı görməsi”nə bənzəyir.

Amma sanksiyaların qəbulu uzun müzakirələr və bürokratik proses tələb edir. Belə ki, məsələyə əvvəlcə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində baxılmalı, orada təsdiqlənərsə, Nümayəndələr Palatasında səsverməyə çıxarılmalıdır. Səsvermədən keçəcəyi halda Senatın Xarici İşlər Komitəsində baxılmalı, orada qəbul olunarsa, Senatda səsverməyə çıxarılmalıdır. Senat tərəfindən qəbul edilərsə, imzalaması üçün ABŞ prezidentinə təqdim edilməlidir.

Bəs bizim “müxalifətçi”lərimiz niyə belə yalanlar tirajlayırlar?

Təbii ki, onlar da reallıqların fərqindədirlər. Qeyd etdiyimiz hüquqi prosedurlara da bələddirlər. Yəni, yalanı bilməyərəkdən, cahilliklərindən danışmırlar. Bilə-bilə cəmiyyəti aldadırlar. Əsas məqsədləri də Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını özlərinin uğuru kimi təqdim etməkdir. Guya ki, onların “mübarizə”si nəticəsində İbadoğlu ilə bağlı sözügedən qərar verilib.

Onların variantlarına az-çox bələd olan hər kəs yaxşı bilir ki, bu “müxalifət”çilərin ənənəvi taktikasıdır. Həmin şəxslər bilib-bilmədən, hər mövzu haqqında çərənləyirlər. “Sınıq saat belə gündə iki dəfə düz göstərir” misalında olduğu kimi, “proqnoz” və ya “çağırış” etdikləri yüz məsələdən biri reallaşanda dərhal onu öz uğurları kimi təqdim edirlər. Guya ki, bütün dünya bunların dediklərini etmək üçün səfərbər olub.

Sanksiyaların səbəbinə gəlincə...

Adətən, sanksiyalar ölkələrə iqtisadi zərbə vurmağa hesablanır. Lakin mətbuatda yayılan sanksiya siyahısına nəzər saldıqda görərik ki, sözügedən şəxslərin heç bir biznes fəaliyyəti yoxdur. Yəni onlara qarşı hər hansı sanksiyaların tələb edilməsinin məntiqi bir səbəbi yoxdur. Ancaq yayılan siyahıdakı adları birləşdirən bəzi ortaq cəhətlər var.

Ən əsas məqam isə onların erməni faşizminə qarşı mübarizədə ən ön sırada, canla-başla xidmət etmələridir. Sözügedən şəxslərin bəziləri hərbi, bəziləri isə diplomatik müstəvidə Azərbaycanın haqq savaşında mübarizə aparıblar. 

Xüsusilə də, Vətən Müharibəsi Qəhrəmanı, Şuşa fatehi, general-leytenant Hikmət Mirzəyev kimi xalqımızın igid oğlunun adının sanksiya siyahısına salınması çox mətləblərdən xəbər verir. Elə buradan da aydın olur ki, Hikmət Mirzəyevin, eləcə də siyahıdakı digər şəxslərin tək “səhv”i Vətən müharibəsində canla başla xidmət edib, erməni separatizminin yekunlaşmasında mühüm rol oynamalarıdır.

Təşəbbüsün müəllifi Dina Titus kimdir?

Əslində, Titusun kimliyi sanksiya oyununun pərdəarxasını üzə çıxarmaq üçün yetərlidir. Belə ki, sözügedən şəxs ABŞ-da fəaliyyət göstərən ən güclü erməni lobbisi institutu olan Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən daim yüksək qiymətləndirilib. Buna görə də, ANCA-nın rəsmi saytında onun fəaliyyəti ən yüksək balla “A+” olaraq qeyd olunub.

Üstəlik, Titusun “Azərbaycanda sanksiyalara baxış aktı” adlandırılan sənədi məhz indiki vaxtda ortaya atması da təsadüfi deyil. Məlum olduğu kimi, 24 aprel qondarma “erməni soyqırımı”nın ildönümü hesab olunur. Titus da sanksiyalarla bağlı “anons”u ötən həftə qondarma “erməni soyqırımı”nın anım mərasimində çıxışı zamanı vermişdi. Yəni, bu “anons”un Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən keçirilən tədbirdə səslənməsi “sanksiya siyahısı” planının məqsədinin məhz ermənipərəst maraqlar olduğunu göstərir.

Titus özü də həmin tədbirdə çıxışı zamanı bunu etiraf etmişdi:

“Bu akt, “Artsax”da etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyaların qəbulunu nəzərdə tutur, onların cavab vermələrinin vaxtıdır”.

Yəni, Titusunun dedikləri rəsmi mövqe deyil, şəxsi təşəbbüsdür. Özü də konkret məkanda və konkret auditoriyaya ünvanlanmış bir fikirdir. Titusun ermənipərəst mövqeyini də nəzərə alsaq, konqresmenin yaxşıca qonorar aldığını görməmək sadəlövhlük olardı.

Əslində, bunda təəccüblü bir şey yoxdur. Çünki, həm ABŞ həm də Avropadakı qanunverici orqanlardakı ermənipərəst deputatların olması yeni söhbət deyil. Həmin deputatlar bir qayda olaraq 24 aprel ərəfəsində xüsusi canfəşanlıq edirlər. Məqsədsə “zavallı erməni xalqına” arxa durmaq deyil. Məqsəd erməni diasporundan növbəti illər üçün avans almaqdır.

Ən təəssüf doğuran məqam

Ermənilərin Azərbaycanın ərazi bütövlüyü üçün qəhrəmanlıq və şücaət göstərən qəhrəmanlarımıza qarşı kampaniya aparması başa düşüləndir. Çünki ermənilər düşməndir.

Amma bu məsələdə “müxalifət”in qazancı nədir? Anlamaq bir qədər çətindir. Doğrudanmı, hanısısa ölkənin Azərbaycanın qəhrəman oğullarına qarşı tətbiq edəcəyi sankisya “müxalifət”in işinə yarayır?! Bu milli xəyanət deyil, bəs nədir?!
Hələ onu demirik ki, hansısa ermənipərəst konqresmenin dedikləri qanun, ABŞ-ın mövqeyi deyil. Üstəlik, okeanın o tayında kiminsə sərsəmləməsinin Azərbaycan məhkəməsinin öz vətəndaşına qarşı atdığı hansısa addımla heç bir bağlılığı yoxdur. Bu olsa-olsa anti-milli ünsürlərin fantaziyası və ikrah doğuran xəyallarıdır. Vəssəlam.

Bizim.Media analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

End of content

No more pages to load

RADİO