Separatizmin sonuna gedən yolda TARİXİ ADDIM – Laçında sərhəd postunun qurulmasından bir il ÖTÜR...

Düz bir əvvəl 2023-cü il aprel ayının 22-də Ermənistanla Azərbaycan arasındakı sərhəddə  ilk nəzarət buraxılış məntəqəsi yaradılması haqqında qərar verildi. Aprelin 23-ü saat 12:00-da isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı.

Bu gün Azərbaycanın müstəqillik tarixində suveren hüquqlarımızın bütün sərhədlərimizdə bərpasının ilk günü idi. Ona görə də bu gün müstəqillik tariximizə qızılı hərflərlə yazılan günlərdən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür - VİDEO


Laçın Nəzarət Buraxılış Məntəqəsini zəruri edən səbəblər hansılar idi?

Məlum olduğu kimi 44 günlük müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Amma o zaman Ermənistan odusunun 10 minə yaxın hərbi birləşmələri Qarabağda gizləndi. 

10 noyabr Bəyannaməsinə görə də həmin silahlı birləşmələr 2021-ci ilin yazına qədər Ermənistan tərəfindən geri çəkilməli və Rusiya sülhməramlıları da bu prosesə nəzarət etməli idi.

Lakin məlum səbəblərdən həm Ermənistan, həm də Rusiya 10 noyabr Bəyannaməsinin prinsiplərinə əməl etmədi. Təxribatçı hərbi birləşmələr Qarabağda qalaraq öz çirkin fəaliyyətlərini davam etdirdilər. 
Üstəlik, Ermənistan və bəzi xarici şirkətlər Qarabağda öz istismarçı fəaliyyətlərini dayandırmadı. 10 noyabr Bəyannaməsindən 3 ilə yaxın zaman keçsə də Ermənistan çirkin əməllərindən əl çəkmədi. Nəinki, Azərbaycanın maddi-mənəvi sərvətləri talanıb, Ermənistana daşındı, həm də əcnəbi vətəndaşlığı olan pozucu qüvvələrin Xankəndinə səfərlərinin sayı günbəgün artdı. Məsələ ilə bağlı rəsmi Bakının bütün çağırış və xəbərdarlıqları isə cavabsız qaldı.

Ekoaksiya növbəti xəbərdarlıq idi.

2022-ci ilin dekabr ayının 12-də Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyasına başladılar. 

Həmin vaxt ermənilər və Qərbdəki müttəfiqləri hay-küy salmağa başladılar ki, guya aksiyaçılar Gorus-Xankəndi yolu ilə “humanitar yük”lərin daşınmasına əngəl olur. Amma hər kəs bilirdi ki, “humanitar yük” deyilən silah-sursat idi.

2023-cü ilin fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə məsələ ilə bağlı Bakının haqlı tələblərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Prezident İlham Əliyev bildirdi ki, Ermənistana həm Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif verilib: 
«Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın yolu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.

Ermənistandan yarımçıq addım

Azərbaycan liderinin bu xəbərdarlığından sonra Ermənistan əl-əyağa düşdü. 22 aprel 2023-cü ildə Laçın istiqamətində Nəzarət Buraxılış Məntəqəsi yaradıldı. Amma rəsmi İrəvan Azərbaycanın Zəngəzur dəhlizində də anoloji prosesin həyata keçirilməsi çağırışına laqeyd qaldı. 

Ona görə də Azərbaycan dövləti Laçında Nəzarət Buraxılış Məntəqəsinin yaradılmasına qərar verdi. Çünki dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşdı. 

Lakin bəzi dövlətlər bundan ciddi narahat olmağa başladılar. Xüsusən də Fransa bu faktdan istifadə edərək Azərbaycanın üzərinə gəlməyə başladı. Guya ki, Azərbaycan bu məntəqəni yaratmaqla Qarabağdakı ermənilər “humanitar blokada”ya almaq istəyir. 

Təsadüfi deyil ki, Laçın NBM istifadəyə verilməsindən cəmi 4 gün sonra Fransa öz nümayəndəsini Bakıya göndərdi. Aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Prezident İlham Əliyevin qəbulunda oldu. Təbii ki, əsas müzakirə məsələsi də Laçın NBM idi.  
Həmin görüşdə Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasının hansı zərurətdən yaradıldığının Fransalı nazirə izah etdi. Bildirdi ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.

Əslində Azərbaycan beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına əsasən hərəkət edirdi. 

Bu məsələdə heç bir hüquq pozuntusu yox idi. Amma Qərbdəki bəzi qüvvələri Azərbaycanın suveren hüquqları yox, öz çirkin planları maraqlandırırdı.

Təsadüfi deyil ki, 2023-cü il iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı demişdi:

“Laçın istiqamətində nəzarət buraxılış məntəqəsinin yaradılması çox güclü siyasi iradəmizin göstəricisidir. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”. 

Hadisələrin sonrakı inkişafı göstərdi ki, Azərbaycan düzgün qərar verib. Məhz Laçın NBM-in fəaliyyətə başlamasından sonra Ermənistana silah-sursat daşınmasının qarşısı alındı. Eyni zamanda Xankəndidə separatizmin yenidən alovlanması ehtimalı birdəfəlik aradan qaldırıldı. Ona görə də Laçın NBM fəaliyyətə başlaması təkcə Azərbaycanın suveren hüquqlarının bərpası hadisəsi deyildi, həm də Qarabağda separatizm bəlasının sona çatması yolda atılan tarixi addım idi. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

End of content

No more pages to load

RADİO