Düşünülmüş siyasətin növbəti UĞURU – Sülhməramlıları sülh yolu ilə necə yola saldıq?

Xəbər verdiyimiz kimi, Qarabağdakı Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması prosesi başlayıb. 

Məsələ ilə bağlı danışan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev də bu faktı təsdiqləyib:

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Onun sözlərinə görə, artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını rəsmi Moskva da təsdiqləyib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov danışarkən  "bəli, bu, doğru xəbərdir", deyib. Peskov prosesin bu ilin sonuna qədər başa çatacağını da vurğulayıb. 

Beləcə, Azərbaycanda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlıları vaxtından əvvəl ölkəmizi tərk edir. 

Məsələnin uğurlu və operativ şəkildə həlli ilk növbədə Azərbaycan diplomatiyasının uğuru və ən başlıcası isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu faktın özü bir daha sübut etdi ki, Azərbaycan liderinin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”  fikri təsadüfi deyil. 

İlham Əliyev üçün əsas məsələ nəticədən daha çox ona gedən yolun Azərbaycan dövləti və Azərbaycan xalqı üçün maksimum dərəcədə ağrısız və itkisiz olmasıdır. Çünki Azərbaycan Prezidenti atdığı addımları, həyata keçirdiyi tədbirləri publika üçün yox milli və dövlət maraqları üçün edir. Belə vəziyyətdə isə bəzən zamana ehtiyac duyulur. 

Baxmayaraq ki, bəzi siyasi “marionetka”lar zaman fasiləsini nəzərə almır, publikanın gurultulu alqışlarını daha önəmli sayır. Belə hallarda isə nəticəyə gedən yol daha ağrılı və faciəli olur. Amma düşünülmüş, balanslaşdırılmış və uzaqgörən siyasət hər zaman uğur gətirir.

Gəlin bir anlığa göz önünə gətirək… 

2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanat imzalananda bəziləri tez ortaya atıldılar ki, “Qarabağ tək Şuşa deyil, Xankəndini alınmayınca qələbədən danışmaq tezdir”.

Amma həmin kəslər unutdu ki, Ermənistanın işğalı altında olan Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atılmadan və şəhid verilmədən geri alındı. Ən əsası 10 noyabr Bəyannaməsi mövcud reallıqda ən ideal variant idi. Məhz bu sənədlə Azərbaycanın Ruslyanın Ermənistan-Azərbaycan münaqişəsindəki birtərfliyini aradan qaldırdı. Nəticədə son 33 ildə Moskva ilk dəfə Ermənistanı açıq şəkildə müdafiə etməkdən çəkindi. 

Halbuki, Birinci Qarabağ Müharibəsi zamanında Azərbaycan torpaqlarının işğalı Ermənistanın hünəri yox, Rusiyanın siyasi maraqlarının təcəssümü idi. 

Məhz İlham Əliyevin gərgin və səmərəli siyasəti nəticəsində Rusiyanın Cənubi Qafqaz siyasətində radikal dəyişiklik baş verdi. Rusiya əvvəlcə Ermənistanı birtərəfli qaydada müdafiə etməkdən çəkindi. Daha sonra isə Ermənistana öz yerini göstərdi. Bütün bunlardansa ən qazanclı çıxan Azərbaycan dövləti və Azərbaycan xalqı oldu. 

Sülhməramlılar gələndən sonra isə…

10 noyabr Bəyannaməsinin imzalanmasından sonra Rusiyalı sülhməramlılar Qarabağa gəldi. O zaman bəzi siyasətbazlar yenidən ortaya düşdü. Rusiyanın yenidən Azərbaycanı işğal edəcəyini söylədilər. Amma həmin şəxslər bir daha tələskinliyə və siyasi səhvə yol verdilər. 

Növbəti mərhələdə Azərbaycan Qarabağda tədricən suveren hüquqlarını bərqərar elədi. Amma Rusiya bu prosesə də müdaxilə etmədi, daha çox müşahidəçi qismində çıxış etdi. Nəhayət 2023-cü ilin 19 sentyabrında Azərbaycanın xüsusi xidmət orqanlarının Qarabağda keçirdiyi lokal antiterror tədbirlərini də rəsmi Moskva və sülməramlı kontingentin komandanlığı görməzlikdən gəldi. 

200 ildə Rusiya ilk dəfə Azərbaycanın ermənilərə qarşı haqlı mübarizəsinə bitərəf qaldı.

Bu tarixi bir uğur idi. Bu uğurun memarı isə İlham Əliyevdir. Məhz onun Rusiya dövləti ilə münasibətlərdə müəyyən etdiyi siyasi kurs bu tarixi uğurlara meydan açdı. Nəticədə, bu gün Rusiyalı sülhməramlılar gəldiklərindən daha dinc və məmnun şəkildə Azərbaycan torpaqlarını tərk edir. İki ölkə rəhbərinin iradəsinə əsasən həyata keçirilən bu tədbirin çoxlarının görüb və dərk edə bilməyəcəyi böyük əhəmiyyəti var. 

Rusiyalı sülhməramlıların sakit şəkildə Azərbaycanı tərk etməsi təkcə ölkəmizdəki boşboğazları susdurmadı, həm də Qərbi şoka saldı. Bu informasiyanın şokundan Qərb uzun müddət çıxa bilməyəcək. Çünki Rusiyanın sonuncu dəfə hansısa ölkədən öz ordusunu bu qədər sivil qaydada çıxarmasını heç kim xatırlamır.

Bu gün Ukrayna Rusiyanın pəncəsi altında əzilir. Moldova və Gürcüstan Rusiyanın təzyiqləri altından suveren hüquqlardan məhrum olub. Polşa və Baltikyanı ölkələr hələ də Rusiya işğalının qorxusu ilə yaşayır. Belə bir vəziyyətdə isə Rusiya öz ordu birləşmələrini qarşılıqlı anlaşma yolu ilə Azərbaycandan çıxarır. 

Hələ Ermənistanı demirik. Son bir ildə Ermənistan anti-Rusiya kampaniyası aparır, min-bir oyundan çıxır. Amma rus hərbçilərin heç Zvartnots hava limanından çıxartmağı belə bacarmır.

Bəs necə olur ki, rus kontingenti heç bir problem olmadan Azərbaycanı tərk edir?

Nəzərə alaq ki, rusların Azərbaycanı tərk etməsi Qərbin əl-qolunu bağlayacaq. Çünki Qərb hər zaman rusları qəsbkar və işğalçı kimi təqdim edib. Son 4 ildə dayanmadan deyirlər ki, biz Cənubi Qafqaza gəlməklə region dövlətlərini “rus işğalından azad etmək” istəyirik.

Rusiya ordusunun Azərbaycandan çıxmasından sonra Qərbin bu arqumenti öz effektivliyini itirir. Yəni Qərb gəlməsə belə Rusiya hansısa ölkəni tərk edə bilər. Sadəcə olaraq, bunun üçün Ukrayna və Ermənistandan fərqli olaraq, səbrli, uzaqgörən və dəqiq hesablanmış siyasət aparmaq lazımdır. Hansı ki, Azərbaycan bunu etməklə yekun nəticədə yenə də qazanan tərəf olmağı bacardı. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO