Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib - FOTO

Aprelin 17-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə “Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmə keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Prezident İlham Əliyevin Hacıqabulda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışına toxunaraq dünyada baş verən hadisələrin, ətraf mühit və iqlim dəyişikliklərinin bütövlükdə bəşəriyyəti düşündürdüyünü deyib.

Qeyd edib ki, insanların gələcəyinin, bütövlükdə planetimizin varlığının ekoloji problemlərin həllindən asılı olması artıq təsdiqlənib.

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan komitə sədri ölkəmizin işğaldan azad olunmuş ərazilərinin “Yaşıl enerji” zonası elan olunmasının əhəmiyyətindən söz açıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu il Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görüləcək işlərə toxunub, ölkəmizdə ekoloji sağlamlığın təmin olunması, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımların atıldığını söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında deyib ki, Prezident İlham Əliyevin 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etməsi dövlətimizin ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə böyük diqqətinin və qayğısının təzahürüdür.

Ölkəmizdə texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı çərçivəsində ekoloji təmizliyin təmin olunmasında texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayan komitə sədri bu istiqamətdə atılan addımlardan danışıb.
Səhiyyə nazirinin müavini İlqar Qasımov mövzu ilə bağlı bu sahədə görülən işlər barədə ətraflı məlumat verib, Azərbaycanda ana və uşaq sağlamlığına göstərilən dövlət qayğısı barədə danışıb.

Dinləmədə Azərbaycanın 30 il ərzində məruz qaldığı ekosidin nəticələrindən danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərdən bəhs edib, COP29 çərçivəsində qadınların qərarvermə prosesində fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında kənd təsərrüfatının ətraf mühit və iqlim dəyişikliklərindən ən çox təsirlənən sahə olduğunu və bu təsirin dünyada ərzağa olan tələbatın durmadan artması ilə daha da dərinləşdiyini bildirib.

O, torpağın dayanıqlı istifadəsi, pestisid və gübrə istifadəsinin normaları, həmçinin su ehtiyatlarının müasir suvarma texnologiyalarının tətbiqi ilə səmərəli istifadəsinin təmin olunması barədə fikirləri ilə bölüşüb.
Dinləmədə çıxış edən Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputatlar Jalə Əliyeva, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, İltizam Yusifov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, QHT nümayəndələri Nigar Məmmədova, Qədir Xəlilov və Məryəm Məcidova dinləmənin əhəmiyyətini vurğulayıblar. Sağlam ailə modelinin hüquqi aspektlərinə toxunan çıxışçılar əhalinin sağlamlığının müdafiəsinin vacibliyini şərtləndirən amillərdən söz açıb, ətraf mühitin mühafizəsinin gücləndirilməsinin və ekoloji maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.

Sonra müvafiq komitələrin sədrləri, həmçinin dövlət qurumlarının nümayəndələri deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO