Fransa indi də səfir planını İŞƏ SALDI – Diplomatik qalmaqalın PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyi ötən gün məlumat yayıb. Məlumatda qeyd olunur ki, Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Parisə qayıdan səfir Ann Buayon artıq Fransadadır və Prezident Emmanuel Makronun qəbulunda olub.

Fransa dayanmaq istəmir. 

Azərbaycana qarşı çirkin kampaniyalara hər gün yeni bir rəng qatılır. Bu dəfə isə səfir geri çağrılır. Əslində bu günlər Fransa ilə Azərbaycan arasında fövqəladə heç nə baş verməyib. Soyuq münasibətlər öz axarı ilə gedib. Amma görünən odur ki, rəsmi Paris dayanmaq fikrində deyil. Sanki Yelisey Sarayındakılarının gündəlik iş qrafikində Azərbaycanla bağlı hansısa təxribat planı hazırlanıb. Yoxsa bu qədər təxribatlara don geyindirmək, izah vermək qeyri-mümkündür. 
 

MÖVZU İLƏ BAĞLI:

Ardıcıl telefon ZƏNGLƏRİ - Qərbi Azərbaycanla hesablaşmağa nə VADAR ETDİ?


Ehtimal ki, Makron hökumətinin erməni diasporu qarşısında öhdəliyi var. Ona görə də hər gün Azərbaycanla bağlı hansısa çirkin addım atılır. Yəqin ki, bu tip hərəkətlərlə Makron asılı olduğu erməni diasporuna hesabat verir ki, o dayanmır, əlindən gələni edir. 

Baxmayaraq ki, son 4 ildə Fransanın Azərbaycana qarşı apardığı çirkin kampaniyaların heç bir nəticəsi olmayıb. Eyni zamanda, bu cür təxribatlar Azərbaycanı öz mübarizəsindən, öz yolundan döndərməyib. Yəni Azərbaycan öz prinsiplərində nə qədər qətiyyətlidirsə, Fransa da öz məkrli planlarından əl çəkməməkdə bir o qədər qərarlı görünür. 

Rəsmi Paris Azərbaycanla münasibətləri kifayət qədər korlayıb. 

Amma deyəsən Fransa daha çoxunu istəyir. Daha çoxu isə müharibədir. Əslində Fransanın son 4 ildə istədiyi Azərbaycanı yenidən müharibəyə cəlb etmək olub. Ona görə də rəsmi Parisin ölkəmizlə bağlı bütün yanaşmaları qərəzli və kifayət qədər sərt olub. 

Bir anlığa yada salaq ki, Fransanın Milli Assambleyası dəfələrlə “Artsax” məsələsini gündəliyə gətirib. Gah onun tanınmasını istəyiblər, gah da ki, bu faktordan istifadə edib Azərbaycana qarşı sanksiyaların tətbiqinə təşəbbüs göstəriblər.

Bir zamanlar Qarabağdakı ermənilərə hərbi və maliyyə yardımı isə bir başqa mövzudur. Son 4 ildə dəfələrlə Fransa hökuməti adından Qarabağa humanitar karvan göndərilib. Amma heç bir halda bununla bağlı rəsmi Bakıya xəbərdarlıq edilməyib.
Sonuncu dəfə isə ötən il bədnam “humanitar karvan” aksiyası keçirildi. Paris merinin rəhbərliyi ilə bir neçə TIR Laçın keçid məntəqəsində dayandı. Baxmayaraq ki, Bakı yüklərin çatdırılması üçün Fransaya alternativ marşrut təklif etdi. Amma Fransa inadkarcasına bildirdi ki, yüklər ancaq Laçın dəhlizindən keçib getməlidir. 

Sonda fransızların niyyəti puç oldu. 

TIR-lar geri döndü. Amma maraqlısı o idi ki, o zaman erməni KİV-ləri yazdı ki, TIR-lar boş imiş. Bu sadəcə Azərbaycana təzyiq etmək üçün qurulmuş növbəti bir oyunmuş. Bu tip təxribatlarla dünyaya sübut etmək istəyirdilər ki, guya Azərbaycan erməniləri “humanitar böhran”la üz-üzə qoyub. 

Azərbaycanla Ermənistan üzərindən planları baş tutmadıqda Fransa məsələni beynəlxalq müstəviyə çıxartdı. Son 3 ildə Fransa Azərbaycanla bağlı BMT-nin Təhlükəsizlik Şurasında 2 dəfə dinləmələr təşkil etdi. Amma bu dinləmələr də nəticəsiz qaldı. Təhlükəsizlik Şurası müzakirələrdən sonra nəinki qətnamə, heç bəyanat da qəbul etmədi.

Amma ermənilərdən gələn pul seli qarşısında həyəcandan boğulan Makron növbəti planlar cızdı. Bu dəfə Avropa İttifaqında və Avropa Şurasında Azərbaycanla bağlı məsələ qaldırdı. Aİ Fransanın Azərbaycana qarşı iqtisadi sanksiya planına dəstək vermədi. Lakin AŞPA Makronu eşitdi. Və bu ilin fevralında Azərbaycanın nümayəndə heyətinin qurumda səsvermə hüququ donduruldu. Halbuki, səsvermə hüququnun dondurulması ölkəmiz üçün elə də ciddi bir önəm daşımırdı. Ona görə də Azərbaycanın nümayəndə heyəti AŞPA-nın iclaslarında iştirakdan imtina etdi. 

Bundan qəzəblənən Makron daha cılız və çirkin oyunlara əl atdı. 

Bu dəfə Fransanın Evian-lö Bən şəhərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədildi. Bu isə çarəsizliyin və vandalizmin ən son mərhələsi idi. Azərbaycanla bacarmayan Fransa hirsini-hikkəsini hansısa heykəlin üzərinə tökdü. 

Təbii ki, Azərbaycan bu vandalizmin qarşısını aldı. Görkəmli şairin abidəsinə sahib çıxdı. Amma Fransa yenə dayanmaq istəmir. Bu dəfə məsələni diplomatik müstəviyə çıxardıb. Səfir Ann Buayon təcili Fransaya çağrılıb. Burda isə onu XİN rəhbəri yox, birbaşa Makron qəbul edib. Bu da o anlama gəlir ki, Makron Azərbaycanla bağlı növbəti çirkin və məkrli plan hazırlayır. 

Lakin istənilən halda Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarışılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Fransa bunu istəmirsə, günah elə onların özündədir. 

Yəqin ki, Parisin bu addımını rəsmi Bakı cavabsız qoymayacaq. Belə olan halda, Azərbaycanın da Fransadakı səfiri ölkəmizə geri çağırıla bilər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO