İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksində - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edib.

Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəlidir oranjereya binası daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib.

Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Buraya gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi işləri ilə tanış ola biləcəklər.

Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib.

Ekoloji Parkın Gəncə çayı tərəfdəki ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına isə mozaika daşları döşənib.

Kompleksdə son tamamlama işləri həyata keçirilir.
 




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO