İlham Əliyev Pakistan Baş nazirini TƏBRİK ETDİ 

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi ölkənin Milli Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

23 mart − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir və ən xoş arzularımı çatdırıram.

Pakistan Azərbaycanın yaxın dostu, qardaşı və etibarlı tərəfdaşıdır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və intensiv siyasi dialoq bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.

Qardaş ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığı və bir-birini dəstəkləməsi məmnunluq doğurur. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Pakistanın davamlı dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı hər zaman yüksək qiymətləndirir.

Hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı şərait mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Onun barəsində həbs qətimkan tədbiri ləğv olundu – AZADLIĞA BURAXILDI

Bu il dövlət xəttilə nə qədər ipoteka krediti verilib?

Siyəzəndə DƏHŞƏTLİ QƏTL: 45 yaşlı kişi qadın qohumunu boğaraq öldürdü - ÖZƏL

Füzulinin bu kəndi də doğma sakinlərini GÖZLƏYİR – FOTO

Ukrayna ordusunun hücumundan sonra Larisa Dolinanın musiqi materialları itdi

Prezident: “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” – VİDEO

Tramp müharibəyə görə günahı İranın BOYNUNA QOYDU: “Onlar başladı”

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

“Məqsədimiz ölkəmiz üçün potensial təhdidlərə qarşı müdafiə mexanizmləri hazırlamaqdır” – Rauf Cabarov

Prezident: “Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq”

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Azərbaycan Prezidenti: “Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb” - VİDEO

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident: “Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür” - VİDEO

Sertifikasiya imtahanında bal bölgüsü dəyişir? - İddia

Prezident: “Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır”

Bakıda “CyberHackCon 2026" konfransı keçirilib – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO

Prezident: “Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil” - VİDEO

“Hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur” - İlkin Cavadov

Azərbaycan Prezidenti: “İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır” - VİDEO

Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO