Cəmiyyət
Bu gün 11:43

Sertifikasiya imtahanında keçid balı və sualların qiymətləndirilməsi ilə bağlı yeni qaydaların müəyyənləşdirildiyi iddia olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
İddia edilib ki, sertifikasiya imtahanında keçid balı 25 olacaq. Nəticəsi 45-55 bal arasında olan namizədlərin əməkhaqqına 10 faiz artım, 55 baldan yuxarı nəticə göstərənlərin əməkhaqqına isə 35 faiz artım tətbiq ediləcək.
İmtahanın sual bölgüsünə gəlincə, ixtisas üzrə 40, kurikulum üzrə isə 20 sualın təqdim olunacağı bildirilir.
Bizim.Media