Hikmət Hacıyev: “Gələcəkdə Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli sazişin imzalanması mümkündür”

Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələr çox fəal inkişaf edir və Orta Dəhlizin tam istismarı bu əlaqələrə daha da təkan verəcək.

Bizim.Media xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin öz çətinlikləri var, onları aradan qaldırmaq lazımdır:

“Orta Dəhliz bir neçə ölkənin ərazisindən keçir, bunlar bizim Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan, Türkiyədir. Biz qazax, gürcü və türk həmkarlarımızla çox işləyirik. TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çin tərəfini də buna cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa və sadələşdirməyə imkan verəcəkdir. Onun tətbiqi gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb:

“Biz Azərbaycan və Çin arasında belə bir sazişin mümkünlüyü barədə də düşünürük. Ola bilsin ki gələcəkdə oxşar üçtərəfli saziş imzalansın. Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.

H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Berlində gizli silah anbarı aşkarlandı

Berlində gizli silah anbarı aşkarlandı

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI - FOTO

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Gəncədə boğularaq öldürülən qadının FOTOSU

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

Azərbaycan millisi Avropa çempionatında qələbə qazandı

Qara dənizdə gərginlik: Türkiyə gəmisi dronla vuruldu

Qara dənizdə gərginlik: Türkiyə gəmisi dronla vuruldu

Trampın elçiləri Kiyevə səfərlərini təsdiqləmədilər

Trampın elçiləri Kiyevə səfərlərini təsdiqləmədilər

Türkiyədə mədən uçdu: Ölən var

Türkiyədə mədən uçdu: Ölən var

Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Livan İran səfirini ölkədə istəmir: Vizası uzadılmayacaq

Gəncədə 65 yaşlı kişinin qatili 66 yaşlı şəxs çıxdı

Gəncədə 65 yaşlı kişinin qatili 66 yaşlı şəxs çıxdı

Xocavənddəki mina partlayışında yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Xocavənddəki mina partlayışında yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Nyu-Yorkda küçələri və metronu su basdı - VİDEO

Nyu-Yorkda küçələri və metronu su basdı - VİDEO

Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Göyçayda idarəetmədən çıxan maşın aşdı - Xəsarət alanlar var - FOTO

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat

“Səlahiyyətli şəxslər, arada metro və avtobusdan istifadə edin, görün nə çəkirik”

“Səlahiyyətli şəxslər, arada metro və avtobusdan istifadə edin, görün nə çəkirik”

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

End of content

No more pages to load

RADİO