Prezident: “COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa İdarə Heyətinin üzvlərini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Vayra Vike-Freyberqa İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edərək, vurğulayıb ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısına böyük inam və etimadının təzahürüdür.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, bunun Azərbaycan üçün çox böyük nailiyyət olduğunu deyib. O, qeyd edib ki, bu, Azərbaycanın dünyada yaşıl enerji sahəsində də qlobal liderliyinin təcəssümüdür.
Vayra Vike-Freyberqa artıq XI Qlobal Bakı Forumunun Azərbaycanda keçirildiyini deyərək builki forumun iştirakçıları arasında keçmiş dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, müxtəlif ölkə, beynəlxalq təşkilat, özəl və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin, digər rəsmilərin, ümumilikdə 350-dən çox qonağın olduğunu diqqətə çatdırıb. O, bu forumda qlobal gündəlikdə duran siyasi, təhlükəsizlik, iqtisadi, maliyyə və digər məsələlərin müzakirə olunacağını, həll yolları ilə bağlı tövsiyələrin veriləcəyini qeyd edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin öz növbəsində Azərbaycana təbriklərini çatdırdı və XI Qlobal Bakı Forumunun yeni uğurlara imza atacağına ümidvar olduğunu bildirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də COP29-a sədrlik və bu sessiyaya ev sahibliyi prosesində Azərbaycana öz dəstəyini verməyə hazır olduğunu deyib, Mərkəzdə COP prosesində iştirak etmiş çoxsaylı mütəxəssislərin olduğunu vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, forumun işinə uğurlar arzuladı.

Azərbaycan Prezidenti XI Qlobal Bakı Forumunun da beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd edib. Hazırda Azərbaycanın bu tədbirin nəticəyönümlü olması istiqamətində həm mahiyyət, həm də təşkilati nöqteyi-nəzərdən hazırlanması baxımından bütün lazımi tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb.

Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olması ilə bərabər, yaşıl keçid istiqamətində də çox vacib layihələri icra etdiyini deyib. Prezident İlham Əliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini uğurla başa çatdırdığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın bu Hərəkata sədrliyi, müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurla başa çatdırılması üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyev Azərbaycanın bu tədbirə ev sahibliyi edərək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə prosesinə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə vermək əzminin və niyyətinin olduğunu qeyd edib.

Hazırda qlobal istiliyin 1,5 dərəcədən çox artmasının qarşısının alınmasının və ya bu çərçivədə saxlanılması üzrə bütün səylərin səfərbər olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti COP29-un xüsusilə iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu nəzərə alaraq, ölkəmizin bu istiqamətdə bütün beynəlxalq səyləri səfərbər edəcəyini dedi, hazırda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birlikdə COP29 çərçivəsində “üçlük” formatında ardıcıl işlər apardığını bildirib.

Dövlətimizin başçısı Xəzər və Qara dənizi birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsindən danışıb. 

Görüşdə qlobal və regional gündəlikdə duran məsələlər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyi qeyd edilib. Prezident İlham Əliyev sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplərin və sülh müqaviləsinin layihəsinin də məhz Azərbaycan tərəfindən hazırlanaraq təqdim olunduğunu və ölkəmizin Cənubi Qafqaz regionunda sülh gündəliyini yaxından dəstəklədiyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri qeyd edilib. Qonaqların özləri də həmin ərazilərimizə dəfələrlə səfər etdiklərini deyərək, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin nümunəvi xarakter daşıdığını və onlarda zəngin təəssürat yaratdığını deyiblər.

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid bir geosiyasi məkan olaraq siyasi, iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə dinamik sürətdə inkişaf edən əməkdaşlığı nümunə kimi qiymətləndirilib.

Orta Dəhlizin əhəmiyyətinə toxunularaq, bu xüsusda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirdiyi layihələrin önəmi qeyd edilib, ölkəmizin Avropanın, xüsusən də Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb. 
Görüşdə Azərbaycanın Avropa ölkələrinə qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

End of content

No more pages to load

RADİO