Kasım-Jomart Tokayev Milli Məclisdə olub - FOTO

Kasım-Jomart Tokayev Milli Məclisdə olub - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Milli Məclisdə görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, ali qonağı parlamentin sədri Sahibə Qafarova qarşılayıb.

Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub.

Görüşdə Prezident Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərinin, Prezident İlham Əliyev ilə keçirilən görüşlərin və aparılan danışıqların ölkəmizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, xalqlarımızın dostluğunun, qardaşlığının növbəti təzahürü olan bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

Qeyd olunub ki, Azərbaycan və qazax xalqları ümumi mədəni, mənəvi köklərlə bir-birinə bağlıdır. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra hər gün genişlənən, artıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrimiz də məhz bu möhkəm təməl üzərində qurulub.

Parlamentlərimizin əlaqələri haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də ali qanunverici orqanlarımızın qarşılıqlı fəaliyyətidir.
Beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin əhəmiyyətinin də vurğulandığı söhbət zamanı hazırda dünyada bir sıra mənfi proseslərin də müşahidə olunduğunu deyən Sahibə Qafarova qeyd edib ki, ikili standartlar, islamofobiya kimi meyllər narahatlıq doğurur. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq əlaqələrimiz daha böyük əhəmiyyət kəsb edir.

Xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışan Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyev parlamentdəki andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı prioritet kimi müəyyənləşdirib. Azərbaycan dövlətinin başçısı xüsusilə qeyd edib ki, bizim ailəmiz Türk dünyasıdır və biz Türk Dövlətləri Təşkilatının qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmalıyıq. Sahibə Qafarova vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidirlər. TÜRKPA çərçivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin dərinləşməsi və möhkəmlənməsi üçün böyük imkanlar yaradır.

Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Senatının sədri vəzifəsində Azərbaycanın Milli Məclisində üç dəfə olduğunu xatırladıb. Prezident Kasım-Jomart Tokayev bunun da Azərbaycan parlamentinə və xalqına hörmətinin bir nümunəsi olduğunu qeyd edib.

Qazaxıstanın və Azərbaycanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu deyən Prezident Kasım-Jomart Tokayev vurğulayıb ki, bu da üzərimizə xüsusi öhdəliklər qoyur.

Azərbaycanın regionda artan rolunu vurğulayan Qazaxıstan Prezidenti ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, Prezident İlham Əliyev ilə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri olub.

Söhbət zamanı Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın iqtisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qazandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığından məmnunluqla danışan Qazaxıstan dövlətinin başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib. Bu baxımdan dövlət başçısı Azərbaycanda keçirilmiş Qazaxıstan mədəniyyəti günlərinin xalqlarımızı daha da yaxınlaşdırdığına əminliyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi məsələsinin gündəmdə olduğunu bildirib.

Dövlətlərarası münasibətlərin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıstan Prezidenti beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlığın əhəmiyyətindən danışıb. Ali qonaq ölkələrimiz arasında bu sahədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O deyib ki, parlamentlərarası əlaqələr ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil edir. Kasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında əməkdaşlığın önəmini vurğulayıb.
Sahibə Qafarova deyib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan Milli Məclisi ilə həm Qazaxıstan Parlament Məclisi, həm də Senatı arasında yaxşı əlaqələr və sıx təmaslar mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları var və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir.

Vurğulanıb ki, parlamentlərimiz arasında əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar var. Parlament komitələri arasında səmərəli qarşılıqlı fəaliyyət mühüm istiqamətlərdən biri hesab olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycanda içməli su təhlükəsi var? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda içməli su təhlükəsi var? – RƏSMİ AÇIQLAMA

Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs VƏFAT ETDİ

Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs VƏFAT ETDİ

Razi Əliyevanı döyən Ziya Hüseynzadəyə HÖKM OXUNDU

Razi Əliyevanı döyən Ziya Hüseynzadəyə HÖKM OXUNDU

Yengicə su anbarı nə vaxt istifadəyə veriləcək? – FOTO/VİDEO

Yengicə su anbarı nə vaxt istifadəyə veriləcək? – FOTO/VİDEO

2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı

2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı

Salyanda DƏHŞƏT: Kişi ailə üzvlərini bıçaqladı - Ölən var

Salyanda DƏHŞƏT: Kişi ailə üzvlərini bıçaqladı - Ölən var

ICESCO-nun Baş direktoru İlham Əliyevin QƏBULUNDA – FOTO

ICESCO-nun Baş direktoru İlham Əliyevin QƏBULUNDA – FOTO

“Qızıl top” qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar

“Qızıl top” qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar

Nağıl kitabındakı qeyri-etik sözlər QALMAQAL YARATDI – “Guya uşaq o sözləri bilmir?” – VİDEO

Nağıl kitabındakı qeyri-etik sözlər QALMAQAL YARATDI – “Guya uşaq o sözləri bilmir?” – VİDEO

Azərbaycanda yeni su anbarı tikilir

Azərbaycanda yeni su anbarı tikilir

Azərbaycanda icra başçısı cərimələndi

Azərbaycanda icra başçısı cərimələndi

Almaniya elit xüsusi təyinatlı qüvvələrini Rusiya ilə müharibəyə hazırlayır

Almaniya elit xüsusi təyinatlı qüvvələrini Rusiya ilə müharibəyə hazırlayır

Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı

Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı

İsveçrədə azərbaycanlı gənc faciəli şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc faciəli şəkildə öldü

Rusiya ordusu Kiyevdə Cənub körpüsünə zərbə endirdi – FOTO/VİDEO

Rusiya ordusu Kiyevdə Cənub körpüsünə zərbə endirdi – FOTO/VİDEO

Yardımlının bu kəndlərində qaz olmayacaq – SİYAHI

Yardımlının bu kəndlərində qaz olmayacaq – SİYAHI

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü – FOTO

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü – FOTO

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Penitensiar xidmətə yeni rəis TƏYİN EDİLDİ - SƏRƏNCAM

Penitensiar xidmətə yeni rəis TƏYİN EDİLDİ - SƏRƏNCAM

Mirsaleh Seyidov vəzifəsindən AZAD EDİLDİ

Mirsaleh Seyidov vəzifəsindən AZAD EDİLDİ

Moskvada mobil internet söndürüldü – SƏBƏB

Moskvada mobil internet söndürüldü – SƏBƏB

Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişəcək? – TƏKLİF

Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişəcək? – TƏKLİF

Prezident qonaqlarla görüşdü – VİDEO

Prezident qonaqlarla görüşdü – VİDEO

Dövriyyədə olan ödəniş kartlarının SAYI

Dövriyyədə olan ödəniş kartlarının SAYI

End of content

No more pages to load

RADİO