Revanşistlər aktivləşdirilərsə, Bakı Qərbi Azərbaycanı bəyan edə bilər – TƏHLİL 

Revanşistlər Ermənistanda yenidən fəallaşmağa başlayıblar. Maraqlıdır ki, separatçıların sonuncu “lideri” Samvel Şahramanyan da onlara qoşulub. Ermənistanın yerli  “Hraparak” nəşri yazır ki, Şahramanyan bu yaxınlarda Fransa, ABŞ və Rusiyanın Ermənistandakı səfirləri ilə görüşüb. Sözügedən görüşdə Qarabağdan “köçkün” düşmüş ermənilərin geri - Qarabağa qayıtması məsələsi müzakirə olunub.

Xatırladaq ki, həmin Samvel 28 sentyabr 2023-cü ildə hələ Xankəndindəykən separatçı rejimin buraxılması haqqında “fərman” imzalayıb. Əgər hansısa qurum, hansısa fərmanla buraxılırsa, deməli bundan sonra heç kimin səlahiyyəti yoxdur ki, buraxılmış qurum adından danışsın. Ona görə da Samvel Şahramanyanın son vaxtlar atdığı addımların nəinki hüquqi, hətta heç bir məntiqi izahı yoxdur. Əgər qurum buraxılıbsa, onun rəhbəri də artıq yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Separatçıların sonuncu “rəhbər”i Ermənistanda istintaqa CƏLB OLUNACAQ  


Bəs, elə isə Samvel buraxdığı qurum adından necə danışır?

Görünən odur ki, Şahramanyan danışmır, onu danışdırırlar. Daha doğrusu, onu danışmağa məcbur edirlər. Nəzərə alaq ki, separatçıların “lideri” ötən ilin sonlarında Ermənistanda dəfələrlə bəyan edib ki, “Artsax”ı buraxmaqla düzgün qərar qəbul edilib və bundan da heç zaman peşimanlıq hissi keçirməyəcək.

Amma necə oldusa, aradan 6 ay keçəndən sonra Şahramanyan ortaya atılıb, sərsəm fikirlər səsləndirir, separat danışıqlar aparır. Bu da onu göstərir ki, Şahramanyan Qərbin bəzi qüvvələri və rəsmi İrəvan tərəfindən sözügedən addımlara sövq edilir. 

Onu o tərəfə, bu tərəfə dartırlar ki, Azərbaycan əleyhinə təxrbatçı fikirlər səsləndirsin. Bundan istifadə edən maraqlı qüvvələr də Azərbaycana müəyyən təzyiqlər etsin. 

Ermənistan separatçıların yenidən oyanışına necə şərait yaradır?

Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan prezidenti Vaaqn Xaçatryan bəyan etmişdi ki, Ermənistanda hər hansı bir “mühacir hökumət” yoxdur. Bu tip bəyanatlarla rəsmi İrəvan etiraf etmişdi ki, Samvel Şahramanyan və onun “komandası” Ermənistan tərəfindən hər hansı bir statusda tanınmır. 

Bütün bunlara rəğmən son vaxtlar “mühacir hökumət”in ortaya atılması onu göstərir ki, bu ideya Qərbdən, xüsusən də Fransadan gəlib. Paşinyan höküməti də Qərbin bu təklifi qarşısında geri çəkilib. Məhz bundan sonra Samvel Şahramanyan dediklərini və etdikləri bir kənara atıb “siyasi meydana” girib.

Qərbin bəzi dairələri Qarabağdan gedən ermənilərin geri dönmələrinə yardımçı olmasını istəyirlər. Samvelin istəyində bir məqam xüsusi diqqət çəkir: Separatçı rejimin tör-töküntüləri “köçkün ermənilərin öz vətənlərində təhlükəsizliyinin təminatı üçün” beynəlxalq təminat istəyirlər. 

Bu da o anlama gəlir ki, Samvel Şahramanyankimilər ermənilərin Qarabağa dönüşündən əvvəl beynəlxalq güclərin Qarabağa yerləşməsini “arzu edirlər”. Bax, bu məqam “torbada pişiyin olmasından” xəbər verir. Bu tip bəyanatlar onu göstərir ki, bəzi Qərb dövlətləri münaqişənin yenidən alovlanmasında çox ciddi şəkildə maraqlıdır. 

Digər tərəfdən Qərb nəyin bahasına olursa-olsun Cənubi Qafqaza yerləşmək istəyir. Bunun üçünsə özlərinə hüquqi baza yaradırlar. 

Amma nədənsə bu tip sərsəm fikirlər səsləndirən və separat danışıqlar aparan ABŞ, Fransa və digər ölkələr Azərbaycanın ərazi bötövlüyünü və suveren hüquqlarını təhdid altına qoyduqlarının fərqinə varmırlar. Bu azmış kimi beynəlxalq hüququ ayaqlar altına atırlar. 

Yada salaq ki, 44 günlük müharibədən sonra reinteqrasiya üçün Azərbaycan 3 ildən artıq mübarizə apardı. Qarabağdakı ermənilərin nümayəndələrini danışıqlara dəvət etdi. Lakin ABŞ, Fransa və digər ölkələrin səyi nəticəsində Azərbaycanın bütün çağırışları cavabsız qaldı. Bu azmış kimi bəzi xarici qüvvələr və Ermənistan dövləti Qarabağdakı erməniləri silahlandırmaqda davam etdi. 

Təbii ki, Qərbin və Ermənistanın təxribatlarını Azərbaycan cavabsız qoya bilməzdi. 2023-cü ilin sentyabr ayının 19-da Qarabağda lokal antiterror tədbirləri keçirildi. Ermənistan ordusunun tör-töküntüləri  bu tədbirlər nəticəsində zərərsizləşdirildi. Bunu görən Qərb yeni bir hiyləyə əl atdı. Onlar Qarabağdakı ermənilərin təcili sürətdə Ermənistana dönmələrini istədilər. Bu çağırışları eşitmək məcburiyyətində qalan ermənilər Azərbaycan dövlətinin təkliflərini qulaqardına vurdular və sentyabrın 20-dən başlayaraq Xankəndini tərk etdilər. 

Amma bəzi ermənilər Azərbaycan dövlətinin humanizminə sığınaraq Xankəndidə qaldı. Həmin ermənilər artıq 6 aydan çoxdur ki, öz evlərində rahat şəkildə yaşayır, əvvvəlki və yeni açılan iş yerlərində sərbəst şəkildə çalışırlar. 

Qərbi Azərbaycanı bəyan edə bilərik

Bütün bunlardan sonra könüllü şəkildə gedən ermənilərin geri dönüşünü siyasi alətə çevirən Qərb və Ermənistan bir məsələni unudurlar ki, onlar bu tip sərsəm fikirləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına təhdid yaratmaqları bir yana, həm də yeni reallıqlara zəmin yaradırlar. 

Belə ki, hansı səbəbdən və hansı vaxtda Qarabağdan gedən ermənilərin geri dönüşünü arzulayan Qərb və Ermənistan unudur ki, bu sərsəm təklifin qarşısında Azərbaycan da Ermənistandan qovulmuş azərbaycanlıların geri dönüşünü tələb edə bilər. Bu isə faktiki olaraq Qərbi Azərbaycan ideyasının reallaşmasına yol açır. 

Yəni Qərbin şirin vədlərinə inanan Samvel Şahramanyan və İrəvandakı dövlət rəsmiləri unudur ki, istənilən çağırışa və təklifə Azərbaycanın adekvat cavabı var. Azərbaycan ermənilərin Qarabağa qayıtmasına o zaman razılıq verə bilər ki, 300 min azərbaycanlı da Ermənistandakı dədə-baba ocaqlarına qayıtsın.
Bu isə təkcə Azərbaycanın yox, həm də beynəlxalq hüququn tələbidir. Ona görə də hər zaman beynəlxalq hüququ bayraq edən Qərb zəhmət çəkib, Ermənistan hakimiyyətini və revanşistləri başa salmalıdır.

Amma onlardan belə bir mövqe gözləməyə dəyməz. Çünki Qərbin planı məhz ermənilərin bədbəxtliyi bahasına regionda möhkəmlənməkdir…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

End of content

No more pages to load

RADİO