Papadan Ukraynaya “ağ bayraq” ÇAĞIRIŞI – Zelenski hərb və sülh SEÇİMİ QARŞISINDA 

Ukrayna-Rusiya müharibəsi artıq 2 ildən artıqdır ki, davam edir. Ötən müddətdə bu müharibədə həyatlarını itirənlərin sayı milyon, Ukrayna dövlətinə dəyən ziyansa 100 milyardlarla dollarla ifadə olunur. Baxmayaraq ki, 2 il davam edən müharibədə Ukrayna heç bir uğur qazanmayıb. Ən yaxşı halda Rusiyanın daha çox irəli getməsinin qarşısını alıb. 

Ekspertlərin rəylərinə görə bu müharibə yaxşı heç nə vəd etmir. Hətta bu müharibə Ukraynanın sonunu gətirə bilər. Ona görə də son günlər sülh çağırışlarının sayı artır.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Rusiyanın həbs etdiyi Krım tatarlarının siyahısını Ərdoğana verdi


Papanın ağ bayraq təklifi

Təsadüfi deyil ki, Roma Papası Fransisk İsveçrənin RSI kanalına verdiyi müsahibəsində bildirib ki, Ukrayna “ağ bayraq” qaldırmaq və Rusiyanın təcavüzkar müharibəsinə son qoymağa razılıq vermək üçün cəsarətə malik olmalıdır.

“Ən güclü insan vəziyyətə baxan, xalqını düşünən, ağ bayraq qaldırmağa və danışıqlar aparmağa cəsarəti olandır”.

Çox təəssüf ki, Papanın bu çağırışına Ukraynadan sərt reaksiya gəlib. Belə ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Roma Papası Fransiskin ağ bayraq qaldırmaq təklifini şərh edərkən bildirib ki, Kiyev bu addımı atmayacaq:

“Bayrağımızın rəngi mavi və sarıdan ibarətdir. Onun altında yaşayır, ölür və qalib gəlirik. Biz başqa bayraqları qaldırmayacağıq”.

Kulebanın pafoslu çıxışı Papa Fransiskin çağırışı qarşısında çox yersiz görünür. Çünki istənilən müharibə sülhlə bitir. İndiki halda isə sülhə daha çox Ukraynanın ehtiyacı var. Ona görə ki müharibə bu ölkənin ərazisində gedir. Bunun hesabına da Ukrayna dövlətinin əsasları məhv edilir, Ukrayna xalqı qırılır. Bu qədər itkinin qarşısında sülhdən imtina sadəcə ağılsızlıqdır. 

Bəs, Ukrayna niyə sülhdən imtina edir?

Əslində Ukrayna XİN rəhbərinin fikirləri onu deməyə əsas verir ki, bu dövlətin ipi başqalarının əlindədir. Ona görə də onların hər hansı bir qərar vermək səlahiyyəti yoxdur. Bu səbəbdən Kuleba özünü sındırmayaraq qələbədən danışır. Bəlkə də bu dedikləri ilə o münaqişədə maraqlı olan qlobal güclərin mesajın çatdırır ki, “sülhdən danışmaq olmaz”.

Nəzərə alaq ki, sülhdən danışmaq Ukraynada qadağan olunub. Bu məqsədlə Ukrayna Ali Radası qanun qəbul edib və prezident Zelenski də onu təsdiqləyib ki, Rusiya ilə heç bir sülh danışıqları ola bilməz. Ona görə də Ukraynada sülh təşəbbüsü ilə çıxış edənlər qanun qarşısında cavab verməli olacaqlar. Bu səbəbdən Kuleba da sülhdən başqa hər şeydən danışır. Halbuki, Ukrayna dövlətinin və xalqının hər şeydən əvvəl sülhə ehtiyacı var. Çünki itirən bütövlükdə Ukraynadır. 

Di gəlki, ipi Qərbin əlində olan rəsmi Kiyev sülh sözünü dilə gətirməkdən qorxur. Əvəzində isə qələbə üçün Qərbdən daha çox yardım istəyir. Son iki ilin nəticələri göstərir ki, Qərbin hər cür yardımı müqabilində Ukrayna cəbhə bölgəsində bir addım belə qabağa gedə bilmir. Ukraynanı silahlandırmağın mənasız olduğunu görən Qərb artıq yardımlarını azaldır. 

Bunu görən Zelenski yeni müttəfiqlər və yardımsevərlər axtarır. Hətta ərəb şeyxlərindən yardım istəyir. Amma yardımların miqyası böyüsə də heç bir uğur qeydə alınmır. Əvəzində itkilərin həcmi artır. 

Rusiya-Ukrayna müharibəsi bir çox həqiqətləri üzə çıxardı. 

Məlum oldu ki, Rusiyanın hərbi sənayesi heç də Qərbin uzun illər qeyd etdiyi kimi köhnəlmiş deyil. Baxmayaraq ki, son 35 ildə bir qayda olaraq deyilib və yazılıb ki, dünyanın ən güclü ordusu ABŞ-a, daha sonra isə bəzi Avropa dövlətlərinə məxsusdur. Amma son iki ilin reallıqları göstərdi ki, ABŞ və onun Avropadakı müttəfiqlərinin birgə səyi Rusiya ordusu qarşısında tab gətirə bilmir. 

Baxmayaraq ki, Qərb hər zaman bəyan edib ki, bu münaqişədə onlar tərəf deyillər. Amma Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, “biz Ukrayna ilə yox, Qərblə müharibə aparırıq”.

Artıq son aylar Qərb bu müharibədə tərəf olduğunu etiraf edir. Məsələn, Polşanın xarici işlər naziri Radoslav Sikorski ötən gün söyləyib ki, NATO ölkələrinin hərbçiləri artıq Ukraynadadır:

“Mən bu ölkələrin nümayəndələrinə riskə getdiklərinə görə səmimi təşəkkürümü bildirirəm”. Göründüyü ki, Ukrayna müharibə artıq qlobal xarakter alıb. 

Bu müharibədə artıq üçüncü, dördüncü tərəflər var. Amma tərəflərin çoxluğu müqabilində Ukrayna Rusiya qarşısında acizdir. Ukraynanın acizliyi isə Qərbin zəifliyi deməkdir. Təsadüfi deyil ki, İtaliyanın müdafiə naziri Quido Krozetto “La Stampa” qəzetinə müsahibəsində etiraf edib ki,  Qərbin hərbi istehsalı həcminə görə Rusiyadan geri qalır:

Qərb başa düşdü ki, onun hərbi sənayesi Rusiyanın hərbi sənayesindən daha aşağı səviyyədədir və bu tendensiyanı dəyişmək üçün vaxt lazımdır”.

Bundan böyük etiraf ola bilməz. 

Təəssüf ki, Rusiyanın və Qərbin iddiaları üzündən Ukrayna dövləti kərpic-kərpic sökülüb, dağılır. Zelenski və onun komandası isə bu reallıqları bilə-bilə Ukrayna dövlətini və Ukrayna xalqının məhvinə seyirçi qalır, Qərbdən göstəriş gözləyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi – VİDEO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

End of content

No more pages to load

RADİO