Rəsmi Bakı Borelin əsassız iddialarını RƏDD ETDİ 

22 yanvar 2024-cü il tarixində Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin iddialarına dair şərhində bildirilib. 

"Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir. 

Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. 

Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır", - A.Hacızadə vurğulayıb. 

Bundan əlavə, Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir:

"Belə qərəzli bəyanat, Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir. 
Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

40 yaşdan sonra kişilər bunu etməlidir

40 yaşdan sonra kişilər bunu etməlidir

Məhərrəm ayı nə vaxt başa çatır?

Məhərrəm ayı nə vaxt başa çatır?

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Tramp FİFA-ya təşəkkür etdi - FOTO

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

Braziliya Norveçə qarşı - Matç saat 00:00-da başlayacaq

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

"Van Damm" heykəli yenidən öz yerində - VİDEO

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Vens: "Rusiyanın hücum imkanları artıq sıfıra yaxındır"

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

Britaniya XİN-in əməkdaşlarının elektron poçtları sındırıldı

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

İsrail ordusu Livanda "Hizbullah"a zərbə endirdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Misir öz "Pentaqon"unu istifadəyə verdi - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Kabo-Verde millisi vətənə qayıtdı: Qəhrəman kimi qarşılandılar - VİDEO

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Tramp Ankarada Zelenski və Əl Şaraa ilə görüşəcək

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibillikdən tapıldı - FOTO

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Çin avtomobilləri qadağan edildi: Casus proqramları yerləşdirilib

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Sankt-Peterburqda azərbaycanlı yazıçı vəfat etdi - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladı - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Messi jurnalistlə eşq macərası yaşadığına dair şayiələrə son nöqtəni qoydu - FOTO

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

Göyçayda traktorla minik avtomobili toqquşdu - Xəsarət alan var

Kanat yolunda qalan sərnişinlər təxliyə edildi - VİDEO

Kanat yolunda qalan sərnişinlər təxliyə edildi - VİDEO

Bir qarın çörəyə rəhbər yad edilir - VİDEO

Bir qarın çörəyə rəhbər yad edilir - VİDEO

Fransada 1500 hektar meşə ərazisi yanır - VİDEO

Fransada 1500 hektar meşə ərazisi yanır - VİDEO

End of content

No more pages to load

RADİO