Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO

Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nurlan Nurəliyev dövlətimizin başçısına müəssisədə yaradılan şərait və istehsal olunan məhsullar barədə məlumat verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Lənkəranda - YENİLƏNİB/FOTO


Bildirildi ki, ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit ayırıb.

İstehsal gücü natura ifadəsində 2000-2500 ton (hazırda 1500-1800 ton istehsal edilir) olan müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir. Burada quraşdırılan avadanlıq Braziliya, Türkiyə, Çin və Rusiya istehsalıdır. Müəssisədə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur.

Hazırda müəssisədə 120 nəfər çalışır. Ümumi sahəsi 4900 kvadratmetr olan müəssisənin ərazisində əsas bina, qazanxana, keçid məntəqəsi, yanğın əleyhinə su anbarı, transformator yarımstansiyası inşa edilib. Ərazidə geniş yaşıllıq sahəsi yaradılıb.

*** 12:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
 


Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 1
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 2
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 3
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 4
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 5
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 6
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 7
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 8
Prezident Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsində - FOTO/VİDEO - foto 9

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

“Real”ın heyətində debütə HAZIRLAŞIR

“Real”ın heyətində debütə HAZIRLAŞIR

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

End of content

No more pages to load

RADİO