Ceyhun Bayramov polşalı həmkarını postmünaqişə dövründə regional vəziyyət barədə MƏLUMATLANDIRDI

Ceyhun Bayramov polşalı həmkarını postmünaqişə dövründə regional vəziyyət barədə MƏLUMATLANDIRDI
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Nazir Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.

C.Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

“Real”ın heyətində debütə HAZIRLAŞIR

“Real”ın heyətində debütə HAZIRLAŞIR

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

End of content

No more pages to load

RADİO