Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO

Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Bizim.Media  xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. 

Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verilib.
Bildirilib ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək.

İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.

Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb.

Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb.
Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb.

Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb.

Sonda xatirə şəkli çəkdirilib.
 



Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 1
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 2
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 3
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 4
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 5
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 6
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 7
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 8
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 9
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 10
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 11
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 12
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 13
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 14
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 15
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 16
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 17
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 18
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 19
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 20
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 21
Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - FOTO/VİDEO - foto 22

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

“Uğurumun 90 faizi Röya ilə bağlıdır”

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

Bakıda İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iclası olub - FOTO

“Real”ın heyətində debütə HAZIRLAŞIR

“Real”ın heyətində debütə HAZIRLAŞIR

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

End of content

No more pages to load

RADİO