
Fransa mətbuatının Parismatch.com, Lefigaro.fr, Europe1.fr, Francetvinfo.fr, Tf1info.fr və digər çoxsaylı KİV səhifələri Azərbaycanda casusluğa görə həbs olunmuş Martin Ryanın atası Riçard Ryanın Fransanın AFP (Agence France Presse) agentliyinə müsahibəsini yayımlayıb.
Bizim.Media xəbər verir ki, o, oğlunun 2023-cü il dekabr ayının 4-də həbs olunduğunu bildirib.
“Oğlum mənə dedi ki, məndən “peşka” (piyada) kimi istifadə etmək istəyirdilər” qeyd edən Riçard Ryan oğlunun Fransa kəşiyyatı tərəfindən casusluğa cəlb edildiyini bildirib. O, oğlunun “Azərbaycandan qovulan iki diplomata eyham vuraraq, onların başqalarından fərqli olaraq öz canlarını qurtarmaq üçün aradan çıxmalarını” ifadə edib.
Eyni zamanda 9 yanvar 2024-cü ildə Fransanın “Magazine Nexus” yutub kanalında canlı intervyu verən erməni əsilli jurnalist Leo Nicolian da Fransa Kəşfiyyatını sərt tənqid edərək mülki şəxs olan Fransa sahibkarını həqiqətən istifadə edib, “şantaj” altında casusluğa məcbur edib Azərbaycanda həbsinə bais olduğunu bildirmiş, baş verənlərdə E.Makronu təqsirləndirmiş, onu şəxsi maraqlarla davranaraq mənasız birtərəfli mövqe qoyub səhv siyasət yürütməklə vəziyyəti daha da gərginləşdirməkdə, siyasi səriştəsizlikdə ittiham edib.