Cəmiyyət
Bu gün 10:54

Əfsanəvi amerikalı boksçu Mayk Tayson Türkiyədə yayımlanan “Tuzlu kahve” serialında çəkilmək üçün İstanbula gedib.
Bizim.Media xəbər verir ki, İstanbul Hava Limanında jurnalistlərə açıqlama verən Tayson "Türkiyədə olduğum üçün çox xoşbəxtəm" deyib. O, Türkiyəyə ailəsi ilə birlikdə gedib.
Hava limanında Taysondan Türkiyədəki futbol liqasını izləyib-izləmədiyi də soruşulub. Məşhur boksçu suala "Mən yalnız Braziliya və Argentina liqalarını izləyirəm" deyə cavab verib.
Qeyd edək ki, məşhur boksçunun "Star TV"də yayımlanan “Tuzlu Kahve" serialında qonaq aktyor kimi çıxış etməsi gözlənilir.
Tayson serialda Buğra Gülsoyun canlandırdığı Mehmetin amerikalı dostu obrazını canlandıracaq.
Bizim.Media