Cəmiyyət
Bu gün 11:00

Türk Dövlətləri Təşkilatının (TDT) XIII Liderlər Sammiti oktyabrın 30-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının və Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Sammitdə təşkilatın üzv ölkələri — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın iştirakı gözlənilir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi ölkələr qismində təmsil olunacaq.
Görüşdə siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat və mədəni əlaqələrin müzakirə ediləcəyi gözlənilir. Həmçinin TDT-yə sədrlik müddətinin Azərbaycandan Türkiyəyə təhvil verilməsi məsələsi gündəmdə olacaq.