İlham Əliyevdən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı FƏRMAN

İlham Əliyevdən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı FƏRMAN
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, Fərmanla “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi” təsdiq edilir. 

Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən “Şəhərsalma Nəzarəti” altsistemi yaradılır. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılığının, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi və rəqəmsal texnologiyaların yaratdığı imkanlar nəzərə alınmaqla, təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Şəhərsalma Nəzarəti” altsisteminin formalaşdırılmasını 2026-cı il yanvarın 1-dək təmin etməli,  aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin altsistemə çıxışını təmin etməli, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həmin altsistemin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin və “Şəhərsalma Nəzarəti” altsisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin “Elektron Tikinti Portalı” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları 2024-cü il yanvarın 1-dən, “Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2189 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı da imzalayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycanın dövlət borcu AZALIB

Azərbaycanın dövlət borcu AZALIB

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

Bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

“Azərbaycanda olmaq böyük sevincdir” - BMT Proqramının direktoru

“Azərbaycanda olmaq böyük sevincdir” - BMT Proqramının direktoru

Zelenski: “Rusiya ilə “iqtisadi nikah” uzunmüddətli perspektivdə ABŞ-a sərf etməyəcək”

Zelenski: “Rusiya ilə “iqtisadi nikah” uzunmüddətli perspektivdə ABŞ-a sərf etməyəcək”

Sabunçuda qazi saxlanıldı - SƏBƏB

Sabunçuda qazi saxlanıldı - SƏBƏB

Jurnalistlərinin Etik Davranış Qaydaları: Şəxsi həyatın toxunulmazlığı necə qorunmalıdır? – FOTO

Jurnalistlərinin Etik Davranış Qaydaları: Şəxsi həyatın toxunulmazlığı necə qorunmalıdır? – FOTO

Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək

Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək

İranda azərbaycanlı rejissor azadlıqdan MƏHRUM OLUNDU

İranda azərbaycanlı rejissor azadlıqdan MƏHRUM OLUNDU

Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

"Sədərək Yusif"in səhhəti pisləşib? — Açıqlama

"Sədərək Yusif"in səhhəti pisləşib? — Açıqlama

Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

Sumqayıtda sürücülərin ÖZBAŞINALIĞI: Doğum şöbəsinin yolu bağlandı – FOTO

Zaporojyedə antidron toru sərnişinlərlə dolu avtobusu xilas etdi – FOTO

Zaporojyedə antidron toru sərnişinlərlə dolu avtobusu xilas etdi – FOTO

Donbasda demilitarizasiya zonası yaradılacaq? – ABŞ-ın TƏKLİFİ

Donbasda demilitarizasiya zonası yaradılacaq? – ABŞ-ın TƏKLİFİ

Rusiyanın iri kimya zavoduna dron hücumu: Yanğın başlayıb – FOTO/VİDEO

Rusiyanın iri kimya zavoduna dron hücumu: Yanğın başlayıb – FOTO/VİDEO

Tramp xoş xəbəri ÇATDIRDI: “Zelenski ilə Putin tezliklə görüşəcək”

Tramp xoş xəbəri ÇATDIRDI: “Zelenski ilə Putin tezliklə görüşəcək”

Nasaz avtomobil iki gəncin həyatına son qoydu – ANBAAN VİDEO

Nasaz avtomobil iki gəncin həyatına son qoydu – ANBAAN VİDEO

Xaçmazda 76 yaşlı piyadanı maşın vuraraq öldürdü

Xaçmazda 76 yaşlı piyadanı maşın vuraraq öldürdü

Mabel Matizin Bakı konserti TƏXİRƏ SALINDI

Mabel Matizin Bakı konserti TƏXİRƏ SALINDI

26 yaşında 22 uşağı var – FOTO

26 yaşında 22 uşağı var – FOTO

İlham Əliyev Çexiya Prezidentini təbrik etdi

İlham Əliyev Çexiya Prezidentini təbrik etdi

Mingəçevirdə 2 avtomobil toqquşdu: Xəsarət alan var – VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu: Xəsarət alan var – VİDEO

Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti – FOTO

Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti – FOTO

Bakıda məktəbdə şagird faciəvi şəkildə həyatını itirdi - VİDEO

Bakıda məktəbdə şagird faciəvi şəkildə həyatını itirdi - VİDEO

Milyardlarla pul xərcləndi, paytaxt boş qaldı – Heç kim bu şəhərə getmir

Milyardlarla pul xərcləndi, paytaxt boş qaldı – Heç kim bu şəhərə getmir

End of content

No more pages to load

RADİO