ATƏT-in nümayəndələri ilə növbədənkənar seçkilərə dair müzakirə aparılıb - FOTO

ATƏT-in nümayəndələri ilə növbədənkənar seçkilərə dair müzakirə aparılıb - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları salamlayan birinci vitse-spiker ölkəmizdəki yeni siyasi mühit, onun qanunvericiliyə təsiri, yeni qəbul olunmuş “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar barədə məlumat verib. O, qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tarixi zərurətdir.

Ölkəmizin ATƏT DTİHB ilə əməkdaşlıq əlaqələrindən danışan Əli Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanda Seçki Məcəlləsi 20 ildən artıqdır ki, qəbul edilib. Ötən illər ərzində bu Məcəllə daha da təkmilləşdirilib, hər ötən seçkidən sonra DTİHB-nin tövsiyələri izlənilib və hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir. O, bildirib ki, hazırda Azərbaycanda professional seçki administrasiyası mövcuddur və ilk dəfə olaraq seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçiriləcək.

Görüş üçün minnətdarlığını ifadə edən DTİHB EQM-nin nümayəndəsi Qoran Petrov bildirib ki, səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat hazırlanması məqsədi daşıyır.
Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli seçki prosesi və qanunvericiliklə bağlı DTİHB EQM-nin nümayəndələri Martina Barker Çiqanikovanı və Qoran Petrovu maraqlandıran suallara aydınlıq gətirib.

Həmin gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüblər.

Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri – Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli və Vəhdət Partiyasının sədri Tahir Kərimli çıxış edərək bildiriblər ki, gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutacaq.

Qeyd olunub ki, görüşdə iştirak edən partiya sədrləri - Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və Razi Nurullayevin namizədlikləri qarşıdan gələn növbədənkənar prezident seçkilərində iştirak etmək üçün irəli sürülüb.

DTİHB EQM-nin nümayəndələrinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı suallarını cavablandıran deputatlar, növbədənkənar prezident seçkilərinin elan olunmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olduğunu bildiriblər, seçki prosesinə hazırlıq, təbliğat və təşviqat kampaniyası, namizədlərin qeydiyyatı barədə məlumat veriblər, həmçinin azad olunmuş əraziləri əhatə edən seçki dairəsi və məntəqələrin yaradıldığını diqqətə çatdırıblar.

Görüşün sonunda Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinin şəffaf, ədalətli, azad şəkildə baş tutacağına əminliyini ifadə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

İranda şəhər başçısı güllələndi

İranda şəhər başçısı güllələndi

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Aysel Aslanqızı yeni vəzifəyə təyin olundu - FOTO

Aysel Aslanqızı yeni vəzifəyə təyin olundu - FOTO

Zaqatalada iş adamı HƏBS EDİLDİ

Zaqatalada iş adamı HƏBS EDİLDİ

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır - FOTO

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

İspaniyada dəhşətli qatar qəzası: 46 ölü, 150 yaralı var – FOTO/VİDEO

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Mirzoyan: “Ermənistanın KTMT-də tamhüquqlu fəaliyyətə qayıtmaq niyyəti yoxdur”

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda aliment artırılacaq – YENİ MƏBLƏĞ

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

Azərbaycanda dini liderlərin zirvə görüşü keçiriləcək

Gələn il üçün yaşayış minimumunun MƏBLƏĞİ

Gələn il üçün yaşayış minimumunun MƏBLƏĞİ

İrandan Azərbaycana 97 kiloqram marixuananın keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana 97 kiloqram marixuananın keçirilməsinin qarşısı alındı - FOTO

Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi

Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi

Sabahın HAVASI: Yağış, dolu, qar... – PROQNOZ

Sabahın HAVASI: Yağış, dolu, qar... – PROQNOZ

End of content

No more pages to load

RADİO