Ermənistan Azərbaycan ərazisinə fosforlu mərmilər atır

Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub”.

Bizim.Media-nın xəbərinə görə bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılıb.

Onun sözlərinə görə, Cenevrə görüşlərinin keçildiyi gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200-dən artıq mərmi düşüb:

“Təəssüflə qeyd etməliyik ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir. 27 sentyabrdan bu günə qədər Tərtər rayonuna 15.000-dən artıq mərmi və raketlər atılıb”.

H.Hacıyev qeyd edib ki, muzdlular barədə propaqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydurmaqdadır:

“Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışır.  

8 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Arayapılı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən edilib və ANAMA tərəfindən zərərsizləşdirilib. ANAMA tərəfindən bu fakt sənədləşdirilib.  

2016-cı ilin aprel döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayonunun Əskipara kəndinə ağ fosfor mərmisi atılmışdı. Hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilib.

Hal-hazırda meşə yanğını formasında ekoloji terror törətmək və Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə etmək üçün Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi barədə məlumatlar vardır”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada Lula da Silva 4-cü prezidentlik müddəti uğrunda mübarizəyə başlayır

Braziliyada Lula da Silva 4-cü prezidentlik müddəti uğrunda mübarizəyə başlayır

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bu ərazilərində işıq olmayacaq

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Belqorod vilayətinə hücumlar: 3 ölü, 3 yaralı var

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Qara dənizdə Rusiyanın "Yanina" konteyner gəmisi batdı - VİDEO

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Türkiyənin hərbi sistemi Azərbaycan Ordusunun arsenalına daxil edildi

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

End of content

No more pages to load

RADİO