Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib - FOTO/VİDEO

“Şuşa 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı ili”nin bağlanış mərasimi çərçivəsində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib.

Bizim.Media müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Əskişəhir (Türkiyə), Bursa (Türkiyə), Türkistan (Qazaxıstan), Oş (Qırğızıstan), Anev (Türkmənistan) və digər şəhər və vilayətlərin vali və məsul şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransının keçirilməsini mühüm hadisə adlandırıb və imzalanacaq birgə sənədin Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.
Təsis konfransının açılış nitqlərindən sonra TÜRKSOY tərəfindən “Türk dünyası mədəniyyət paytaxtı” seçilən şəhərlərin sosial, mədəni iqtisadi inkişafına töhfə vermək və bu şəhərlərin beynəlxalq aləmdə tanıdılması, turizm potensialının inkişaf etdirilməsi məqsədi ilə Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin (TÜRKBİR) birgə bəyanat sənədi imzalanıb.

Sonda TÜRKBİR-in üzv rəhbərlərinin yekdil səs çoxluğu ilə Bursa Büyükşehir bələdiyyə başçısı Alinur Aktaş quruma sədr seçilib.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 2022-ci il noyabrın 5-də Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 39-cu iclasında əldə edilmiş razılığa əsasən, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi ilə bağlı yerli icra orqanlarının ilk hazırlıq iclası cari ilin iyunun 30-da Türkmənistanın Arkadağ şəhərində keçirilib. Sözügedən iclasda Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis və ilk iclaslarının Şuşa şəhərində keçirilməsi təklif edilib.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Rusiyanın 23 regionunda benzin UCUZLAŞDI

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Goranboyda sirkə turşusu qadının həyatına son qoydu

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

Direktor işləmək istəyənlərin NƏZƏRİNƏ - Müsahibə mərhələsi başladı

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

Xəstənin komaya düşməsində ittiham olunan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Xəstənin komaya düşməsində ittiham olunan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Azərbaycanda iqtisadi artım PROQNOZU AÇIQLANDI

Azərbaycanda iqtisadi artım PROQNOZU AÇIQLANDI

Nuhi Abdinov nazir müavini TƏYİN EDİLDİ

Nuhi Abdinov nazir müavini TƏYİN EDİLDİ

Xırdalandan "Memar Əcəmi"yə gedən avtobuslar dəyişdirilir

Xırdalandan "Memar Əcəmi"yə gedən avtobuslar dəyişdirilir

İlham Əliyev: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək”

İlham Əliyev: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək”

Avqustun ilk gününün HAVA PROQNOZU

Avqustun ilk gününün HAVA PROQNOZU

Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırıldı – VİDEO

Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırıldı – VİDEO

Nazir 96 yaşlı Xalq artistini evində ziyarət etdi– FOTO

Nazir 96 yaşlı Xalq artistini evində ziyarət etdi– FOTO

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi – FOTO

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi – FOTO

Azərbaycan və Qırğızıstan arasında tarixi RAZILAŞMA

Azərbaycan və Qırğızıstan arasında tarixi RAZILAŞMA

Bərdədə FACİƏ: Həyətində ağac kəsən 79 yaşlı kişi Yuxarı Qarabağ kanalına yıxıldı

Bərdədə FACİƏ: Həyətində ağac kəsən 79 yaşlı kişi Yuxarı Qarabağ kanalına yıxıldı

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

Şəmkirdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Şəmkirdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Namidə İsayeva vəzifəsindən ayrıldı – FOTO

Namidə İsayeva vəzifəsindən ayrıldı – FOTO

Xankəndi–Şuşa yolunda ağır QƏZA: Ölən var

Xankəndi–Şuşa yolunda ağır QƏZA: Ölən var

Bu il 900-dən çox uşağa ananın soyadı verilib – RƏSMİ

Bu il 900-dən çox uşağa ananın soyadı verilib – RƏSMİ

Çolpon-Ata şəhərində Prezident və birinci xanımın şərəfinə dövlət ziyafəti verildi

Çolpon-Ata şəhərində Prezident və birinci xanımın şərəfinə dövlət ziyafəti verildi

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırır

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırır

Şamaxıda DƏHŞƏT: Oğul atasını bıçaqladı

Şamaxıda DƏHŞƏT: Oğul atasını bıçaqladı

End of content

No more pages to load

RADİO